sonnoqte.az
Xəbər başlıqları
  • 11:37 – İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO 
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 10:02 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında olub 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 

Ukrayna B planına keçir: Qərbin dəstəyi gəlməsə...

18-12-2023, 09:17 90 dəfə baxılıb

Ukrayna B planına keçir: Qərbin dəstəyi gəlməsə...


2024-cü ilin ilk günlərində Qərbin maliyyələşdirməsi olmasa, Ukrayna daxili borclanmaya əl atmaq məcburiyyətində qalacaq.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenskinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko deyib.

“Əgər bu dəstək yanvarın ilk günlərində gəlməsə, o deməkdir ki, B planına keçməliyik. B planı çoxsəviyyəli ola bilər, amma inanıram ki, ilk mərhələdə borc kapitalı almaq üçün daxili bazara müraciət etmək və daxili bazarda vəsait əldə etmək kifayət edəcək. Bu, çox çətin olacaq, təbii ki, Maliyyə Nazirliyində əlavə gərginlik yarada bilər, çünki onlar ölkənin büdcəsinə cavabdehdirlər. Lakin bu, yanvar ayı ərzində vəziyyətin yaxşılaşmasına imkan verəcək”, - Ustenko bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO