sonnoqte.az
Xəbər başlıqları
  • 13:38 – “Onlara pis xəbərim var...” - İlham Əliyev 
  • 08:44 – Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib 
  • 08:40 – İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib 
  • 08:32 – Azərbaycanda Dövlət Bayrağı Günüdür 

Suriyadakı “Vaqner”çilərin sayı açıqlandı

6-10-2023, 08:27 106 dəfə baxılıb

Suriyadakı “Vaqner”çilərin sayı açıqlandı


Suriyada Rusiyaya bağlı “Vaqner” özəl hərbi şirkətinin bir neçə yüz döyüşçüsü var və onların sayı dəyişmir.

"Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Aleksus Qrinkeviç Vaşinqtonun Hərbi Şərhçilər Qrupu (Defense Writers Group) ilə görüşdə deyib.

“Gördüyüm son bir neçə ayda Suriyada nisbətən sabit sayda “Vaqner” qüvvələri, o cümlədən Priqojın ilə insidentdir…”, - o bildirib.

Yüksəkrütbəli hərbçi həmçinin onların sayına da aydınlıq gətirib: “Belə deyim, bir neçə yüz”.

Qeyd edək ki, CENTCOM-un əməliyyat məsuliyyəti sahəsinə ilk növbədə Yaxın Şərq və Şimali Afrika daxildir.

Xatırladaq ki, avqustun 23-də – “vaqnerçilər”in qiyamından düz 2 ay sonra – Bakı vaxtı ilə saat 19:20-də Rusiyanın Tver vilayətinin Kujenkino qəsəbəsi ərazisində “Vaqner” özəl hərbi şirkətinin qurucusu və rəhbəri Yevgeni Priqojına məxsus “Embraer Legacy 600” biznes təyyarəsi qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində çətənin başçısından başqa 6 sərnişin, o cümlədən dəstənin komandiri Dmitri Utkin və 3 ekipaj üzvü olub. Ümumilikdə 10 nəfərin öldüyü qəzadan, rəsmi məlumata görə, sağ çıxan olmayıb. KİV-də qəzaya raket hücumunun və ya daxili partlayışın səbəb olduğu barədə məlumatlar yayılıb. Eyni gün Rusiya İstintaq Komitəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi ("Təyyarənin istismarı qaydalarının pozulması") üzrə cinayət işi açıb.

Daha öncə CNN telekanalı Priqojının təyyarəsinin gövdəsinin qəza anınadək, demək olar, zədəli olmadığını, yerə çırpılmadan öncə yalnız qanadının qopmuş olduğunu müəyyənləşdirib.

Avqustun 27-də Priqojının ölümü rəsmən təsdiqlənib.

Qeyd edək ki, “Vaqner” ÖHŞ rusiyalı sahibkar (eyni zamanda mətbuatda “Putinin aşpazı” kimi tanınır) Yevgeni Priqojın tərəfindən yaradılan və idarə olunan qeyri-dövlət yaraqlı qruplaşmasıdır.

2014-cü ildən qruplaşma Ukraynanın işğal altındakı bölgələrində, daha sonra isə Suriyada Bəşşar Əsədə sadiq qüvvələrin nəzarət etdiyi ərazilərdə fəaliyyət göstərir. 2017-ci ilin iyun ayında “Vaqner” ÖHŞ ABŞ-nin sanksiya siyahısına daxil edilib. 2021-ci ilin dekabrında Avropa İttifaqı (Aİ) qruplaşmanı Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirməkdə, Suriya və Liviyada sabitliyi, habelə insan haqlarını kobud şəkildə pozmaqda ittiham edərək ÖHŞ-yə sanksiyalar tətbiq edib. 2022-ci ilin martın 8-də, yəni Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Yaponiya da qruplaşmaya qarşı sanksiyalar tətbiq edib. BMT və Fransa “Vaqner” muzdlularını Mərkəzi Afrika Respublikasında zorlama və quldurluqda ittiham edir.

Qrup ağır texnika, artilleriya və hərbi aviasiya ilə silahlanıb.(Report)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO