sonnoqte.az
Xəbər başlıqları
  • 11:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 10:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 
  • 10:02 – Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir 
  • 09:44 – Prezident: "Avropaya qaz təchizatının həcminin artırılması ilə bağlı danışıqlar gedir" 

İkinci turdakı üç ssenari: hansı namizəd neçə faizlə qalib gələcək... - FOTO

19-05-2023, 14:22 198 dəfə baxılıb

İkinci turdakı üç ssenari: hansı namizəd neçə faizlə qalib gələcək... - FOTO


14 mayda Türkiyədə keçirilən seçkilərin ikinci tura keçəcəyini və namizədlərin səs nisbətlərini proqnozlaşdıran “Sonar Araşdırma”nın rəhbəri Hakan Bayrakçı ikinci turla bağlı açıqlamalar verib.

Hakan Bayrakçı prezident seçkilərinin ikinci turu ilə bağlı Sinan Oğanın səslərinin 3 ssenari üzrə bölüşdürülməsi təxminini paylaşıb. 

Bayrakçı deyib ki, ikinci turda Oğanın səsləri aşağıdakı 3 ssenari üzrə bölünəcək:

Birincisi, Sinan Oğan tərəfsiz qalarsa, səslərin 1,8  faizi Kamal Kılıçdaroğluna,1,8 faizi Rəcəb Tayyib Ərdoğana gedəcək, 1,6 faiz seçici isə seçkiyə getməyəcək.

İkincisi, Sinan Oğan Kılıçdaroğlunu dəstəkləməyə qərar verdiyini açıqlasa, o zaman 2,2 faizi Kamal Kılıçdaroğluna,1 faizi Rəcəb Tayyib Ərdoğana gedəcək, 2 faizi isə seçkiyə getməyəcək.

Üçüncüsü, Sinan Oğan Ərdoğanı dəstəkləməyə qərar verdiyini açıqlasa, o zaman 1,8 Kamal Kılıçdaroğluna, 2 faizi Rəcəb Tayyib Ərdoğana səs verəcək, 1,4 faizi isə seçkiyə getməyəcək.

Bayrakçı onu da deyib ki, ikinci turda Ərdoğan səslərin 52,1 faizini, Kılıçdaroğlu 47,9  faiz səs qazana biləcək.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO