sonnoqte.az
Xəbər başlıqları
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 
  • 09:39 – Dövlət başçısı: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür 
  • 09:26 – Azərbaycan Prezidenti: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var 
  • 09:22 – Dövlət başçısı: "Bu gün 2 mühüm sənəd imzalanacaq" 

Fransa qışa “hazırdır”: 10 milyon insan işıqsız qalacaq

2-12-2022, 09:29 145 dəfə baxılıb

Fransa qışa “hazırdır”: 10 milyon insan işıqsız qalacaq


Qışda Fransanın bəzi ərazilərində aşağı temperaturlara görə enerji istehlakının pik saatlarında mümkün qısamüddətli elektrik kəsilmələri ola bilər.

"Bu barədə Fransanın RTE milli elektrik şəbəkəsi operatorunun rəhbəri Xavyer Pyeşazik xəbərdarlıq edib.

“Biz elektrik şəbəkələrimizdə disbalansın qarşısını almaq üçün qışda qısamüddətli (maksimum iki saatlıq), lokal, növbəli şəkildə regionlararası elektrik kəsilməsini planlaşdırırıq”, - deyə o bildirib.

Pyeşazikin sözlərinə görə, işıq verilişlərinin dayandırılması yalnız lokal xarakter daşıyacaq, ona görə də onlar bir anda bütün metropol ərazisinə təsir etməyəcək.

O qeyd edib ki, elektrik verilişinin dayandırılması zamanı Fransada bir neçə milyon insan işıqsız qalacaq.

“Maksimum on milyon insan olacaq, ancaq daha azına ümid edirik. Hamımız enerjiyə qənaət etsək, kəsilmələr xeyli azalar”, - deyə  RTE elektrik şəbəkəsinin operatorunun rəhbəri bildirib.(oxu.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO