sonnoqte.az
Xəbər başlıqları
  • 11:17 – Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh? 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 11:50 – Prezident açılışda - Fotolar 

Şinzo Abe öldürüldü - VİDEO

8-07-2022, 09:45 204 dəfə baxılıb

Şinzo Abe öldürüldü - VİDEO


Yaponiyanın keçmiş baş naziri Şinzo Abe Nara şəhərində keçirilən tədbirdə güllələnib.

Bu barədə Yaponiyanın NHK İctimai Televiziyası məlumat yayıb. Bildirilib ki, Abe şəhərdə Liberal Demokrat Partiyasının namizədinin seçki kampaniyasına dəstək məqsədilə açıq hava tədbirində çıxışı zamanı sinəsindən güllə yarası alıb.

Qanlar içində təcili xəstəxanaya aparılan keçmiş baş nazir Abe vəfat edib.  Kyodo agentliyinin məlumatına görə, onun ürəyi dayanıb və ağciyərləri sıradan çıxıb.
Abenin evdə kustar üsulla hazırlanmış silahla vurulduğu bildirilib.

Qeyd edək ki, 2012-2020-ci illərdə Yaponiyanın baş naziri vəzifəsini icra edən Abe ölkənin ən uzunmüddətli baş naziri olub. Abe iki il əvvəl səhhətinə görə vəzifəsini tərk edib.

<embed width="640" height="360" src="https://player.olke.az?v=8372&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO