sonnoqte.az
Xəbər başlıqları
  • 11:18 – İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 
  • 14:25 – İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar 
  • 14:13 – “Bir dənə güllə atsaq, onların dabanları parlayacaq” - Prezident 
  • 14:05 – Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib 

Baş Prokurorluğun rəhbərliyi Səlim Müslümovla bağlı məhkəməyə müraciət etdi

4-03-2022, 08:45 235 dəfə baxılıb

Baş Prokurorluğun rəhbərliyi Səlim Müslümovla bağlı məhkəməyə müraciət etdi


Baş Prokurorluğun rəhbərliyi həbsdə olan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə istintaqın uzadılması üçün məhkəməyə müraciət edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, S.Müslümov 13 aydır həbsdə saxlanılsa da, onun cinayət əməlləri ilə bağlı istintaq yekunlaşmayıb. Baş prokurorluğun rəhbərliyi Səbail Rayon Məhkəməsinə müraciət edərək istintaqın daha 5 ay uzadılmasını istəyib. Məhkəmə təqdimatı təmin edib və S.Müslümovun daha 5 ay həbsdə qalmasına qərar verilib.

Qanunvericiliyə görə istintaq 13 ay ərzində yekunlaşmasa, iş materialları çox olarsa, Baş prokuror Kamran Əliyev və ya onun birinci müavini Elçin Məmmədov istintaqın daha 6 ay uzadılması üçün təqdimat verə bilər. Daha sonra isə iş ya sübutlarla birgə məhkəməyə göndərilməli, ya da cinayət işinə xitam verilərək S.Müslümov azadlığa buraxılmalıdır.

Qeyd edək ki, Səlim Müslümov 13 aydır ki, həbsdədir. O, ötən ilin fevralın 2-də DTX tərəfindən saxlanılıb. Sabiq nazir vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və külli miqdarda rüşvət almaqda ittiham edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO