sonnoqte.az
Xəbər başlıqları
  • 16:42 – İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edir - YENİLƏNİB 
  • 14:02 – İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edir 
  • 11:57 – İlham Əliyev Qazaxıstanda işgüzar səfərdədir 
  • 11:18 – İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 

Şuşaya səfər edənlərin bileti belə olacaq - FOTO

22-01-2022, 11:32 272 dəfə baxılıb

Şuşaya səfər edənlərin bileti belə olacaq - FOTO


Xəbər verdiyimiz kimi, yanvarın 24-dən işğaldan azad edilmiş ərazilərə marşrut avtobusları təşkil olunacaq.

"Artıq səfərə hazırlaşanlar arasında biletini əldə edənlər də var.

Bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.

Məlum olub ki, Bakıdan Şuşaya gedən vətəndaş saat 05:30-da Bakı Beynəlxalq Avtovağzal Kompleksində olmalıdır. Minik vaxtı bu saata təsadüf edir, bir saat sonra isə səyahət başlayır.

Sərnişinlər Şuşaya “Mercedens-Benz Travego” avtobusu ilə yola düşəcək. 

Şuşa istiqamətində relyef nəzərə alınaraq, xüsusi əyləc tipi olan avtobuslar seçilib. İstiqamət kimi isə Şuşanın köhnə avtovağzalı qeyd olunub.

Qeyd edək ki, biletlərin bir tərəf üçün qiyməti Bakı-Şuşa - 10.40 AZN, Bakı-Ağdam  - 9.40 AZN, Əhmədbəyli-Şuşa - 7 AZN, Bərdə-Ağdam- 5 AZN, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa - 6 AZN-dir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO