Zöhrə Əlimirzəyevaya: Həmrəyliyin bəhrəsini yaşayan xalq
30-12-2021, 00:37
527 dəfə baxılıb
Zöhrə Əlimirzəyevaya,
Milli Hematologiya və Transfuziologiya Mərkəzi - Hematologiya şöbəsinin elmi rəhbəri, tibb üzrə fəlsəfə doktoru, dossent Həmrəylik Günü xalqımızın tarixində xüsusi anlamı olan bir gündür. Əslində bu gün zorla ayrılan bir millətin bir olmasına əyani bir sübutdur. O taylı bu taylı azərbaycanlılar uzun müddətdən sonra ölümü gözə alıb tikanlı sərhəd məftillərini dağıtmaqla bir daha sübut etdi ki heç bir qorxu heç bir maneə xalqımızın bir-birinə olan sevgisini qıra bilməz. İllərlə ayrı qalsaq da birliyimiz bir olduğumuz sındırıla bilmədi.
1989-cu il tarixin yaddaşında gələcək tarixi bir günün əsasını qoydu. Beləki, 1989-cu ildə Naxçıvanla İran arasındakı sərhəd azərbaycanlılar tərəfindən dağıdıldı.Bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüşü Şimali və Cənubi Azərbaycan arasında sərhəd dirəklərini yıxması,o taylı-bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz dünyü çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhdi idi.
Məhz buna görə də o zamanlar Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü adlandırdı.Bu Azərbaycan xalqı üçün çox əhəmiyyətli qərar idi. Dünyanın 70-dən çox ölkəsində olan 50 milyon azərbaycanlıların mənəvi birliyini bir daha nümayiş etdirən simvolik gündür. Hər il bu gün dünya azərbaycanlıları tərəfindən bayram kimi qeyd edilir və bu qeydetmə zərurətə çevrilmişdr.
Vətən müharibəsində dünya azərbaycanlılarının birlik göstərməsinin, onların informasiya mübarizəsinin şahidi olduq. Qürur hissi ilə deyirik ki,bu günü milliyətcə azərbaycanlı olmayan, amma ölkəmizdə yaşayan digər xalqlar da qeyd edir. İnanırıq ki, xalqımızın mənəvi birliyi daimi olacaq və daha da möhkəmlənəcək. Son illər ərzində Azərbaycanda hərbi sahəyə böyük diqqət yetrilir. Hərbiçilərin xidmət şəraiti onların istənilən vəzifəni icra edə biləcəyi formada qurulmuşdur. Ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi hissələrin yaradılması xüsusi yer tutur və Azərbaycanın bütün bölgələrində əksər hərbi hissələr lazımı standartlara cavab verir.
Yalnız hərbiçilərin xidmət şəraiti deyil, eyni zamanda onların məişət-mənzil problemlərinin həlli də diqqət mərkəzində saxlanılır. 20 il orduda qüsursuz xidmət etmiş hərbiçilərə dövlət tərəfindən mənzillər verilir. 2200-dən çox hərbiçi dövlət tərəfindən mənzillə təmin olunmuşdur. Ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub. Azərbaycanın müzəffər ordusu dünyada məhz müzəffər, qalib gəlmiş ordu kimi tanınır.
Müharibədən sonra da ordu quruculuğu prosesi dayandırılmayıb. Yeni kontraktlar əsasında Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Hərbiçilərin maaşlarının artırılması da onu göstərir ki, müharibənin başa çatmasına baxmayaraq, ordu quruculuğu prosesi dayanmamışdır. Müharibədən sonra həm müasir tələblərə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər.
II Qarabağ müharibəsi zamanı Hadrutun işğaldan azad edilməsi gələcək planlarımıza əlavə dəstək oldu. İlk işğaldan azad edilmiş şəhər olan Cəbrayıldan sonra ikinci böyük yaşayış məntəqəsi Hadrut olmuşdur. Müzəffər Azərbaycan Ordusu ötən ilin oktyabrın 9-da bu qəsəbəni işğaldan azad etmişdir. Ermənilər hər vəchlə Hadrutu nəzarət altında saxlamağa çalışırdı. Hadrut haqqında yalanlar yayır, mənəvi-psixoloji vəziyyəti düzəltməyə çalışırdı. Halbuki Hadrut əməliyyatından sonra Ermənistan ordusunda 10 min fərari olmuşdu. Mənfur düşmən 30 il ərzində işğal altında olan torpaqlarımızda güclü istehkamlar və bir neçə xətdən ibərət müdafiə sədləri qurmuşdu. Qarabağ və Şərqi Zəngəzur bölgəsinin təbii relyefi də düşmən üçün əlverişli idi. Bizim hərbiçilərimizin vətənpərvərliyi, peşəkarlığı bu şərəfli qələbəmizə nail olmaq üçün imkan yaratdı. Erməni yalanları ifşa olundu. 44 günlük müharibə Ermənistan ordusunu darmadağın etdi. Azərbaycan xalqı öz hədəfinə nail oldu.
"Həmrəyliyin bəhrəsini yaşayan xalq"
Xalq Qarabağı azad etdi. Torpaqların əsil sahibləri geri qayıtdı və bundan sonra Azərbaycan xalqı bu torpaqda əbədi yaşayacaq. Artıq Vətənimizin bayrağı işğaldan azad olunmuş torpaqlarda, o cümlədən Şuşada dalğalanır və bu müqəddəs məqsədə şəhidlərimizin qanı-canı bahasına nail olduq.
2003-cü ildən-Prezident vəzifəsinə seçilən gündən xalqımızın dəstəyi cənab prezidentimizlədir. Ulu öndər Heydər Əliyevin "Biz Şuşaya qayıdacağıq, inanın ki, qayıdacağıq"sözləri artıq təsdiqini tapmışdır. Azərbaycan muğamı əbədi olaraq Qarabağda səslənəcəkdir. Şuşada təşkil olunan tədbirlər bu torpaqların Azərbaycan xalqına, Azərbayan mədəniyyətinə məxsus olmasını bir daha təsdiqləyir.
Tarixi uğurunuz və 60 yaşınız mübarək, Cənab Ali Baş Komandan!

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR