sonnoqte.az
Xəbər başlıqları
  • 14:43 – İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub 
  • 19:20 – İlham Əliyev və Meloni mətbuata bəyanatlarla çıxış edirlər 
  • 19:16 – Prezident İlham Əliyevin İtaliya Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO 
  • 18:34 – İlham Əliyevin Meloni ilə təkbətək görüşü keçirilir - Fotolar 

“Trendyol” ilə bağlı araşdırmalara başlanıldı

1-10-2021, 11:24 234 dəfə baxılıb

“Trendyol” ilə bağlı araşdırmalara başlanıldı


Türkiyədə “Trendyol” elektron ticarət şəbəkəsi ilə bağlı yoxlamalara başlanılıb.

“Ölkə.az” türk mətbuatına istinadən xəbər verir ki, ölkənin rəqabət qurumu rəqabət qanun vericiliyinin müvafiq maddələrinin pozulub-pozulmaması ilə bağlı araşdırma aparılması ilə bağlı qərar qəbul edib.

İlkin araşdırma prosesində alqoritmlər və məlumat sistemlərindəki məlumatların yerində araşdırılması nəticəsində “Trendyol”un üçüncü tərəf satıcılarının satışına vasitəçilik etməklə yanaşı “TrendyolMilla”, “TrendyolMan” və “TrendyolKids” kimi öz markalarının satışına ədalətsiz üstünlük verdiyi və ayrı seçkilik yaratdığı müəyyən edilib.

Bu çərçivədə, “Trendyol”un alqoritmlər və kodlaşdırma vasitəsi ilə edilən müdaxilələr də daxil olmaqla, öz məhsullarına üstünlük vermək, satıcılar arasında ayrı-seçkilik etmək, bazar fəaliyyətlərindən əldə etdiyi məlumatları öz markalarının xeyrinə paylaşmaq və istifadə etməkdən çəkinməsi üçün lazım olan bütün növ texnikalar və bu qərarların yoxlanılmasını təmin etmək üçün inzibati və təşkilati tədbirlərin görülməsi qərarı verildi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO