sonnoqte.az
Xəbər başlıqları
  • 10:03 – Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi 
  • 09:45 – YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir 
  • 09:41 – YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edib - YENİLƏNDİ 
  • 10:50 – İlham Əliyev Si Cinpini təbrik edib 

DYP dövlət agentliyini CƏRİMƏLƏDİ

27-08-2021, 11:03 191 dəfə baxılıb

DYP dövlət agentliyini CƏRİMƏLƏDİ


Dövlət Yol Polisi (DYP) Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyini cərimələyib.

Unikal.org məlumatına görə, tərtib edilən protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Abbas Rzayevin sədrliyi ilə baxılacaq.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi İnzibati Xətalar məcəlləsinin 347-ci (hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan beş gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilinir.

Qeyd edək ki, bu xətanın törədilməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO