sonnoqte.az
Xəbər başlıqları
  • 10:03 – Prezident mühüm SƏRƏNCAM İMZALADI 
  • 11:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 08:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 

Azərbaycan hərbi dənizçiləri İrandadır

20-08-2021, 09:25 255 dəfə baxılıb

Azərbaycan hərbi dənizçiləri İrandadır


“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün yola düşən HDQ-nin hərbi qulluqçuları İranın Ənzəli şəhərində qarşılanıb.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, qarşılanma mərasimdə İran Hərbi Dəniz Donanmasının nümayəndə heyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Hər iki ölkənin dövlət himni səsləndirildikdən sonra İran İslam Respublikasının nümayəndə heyətinin rəhbəri birinci dərəcəli kapitan Muhəmməd Vəkili hərbi dənizçilərimizi salamlayaraq onları ölkələrində görməkdən məmnunluğunu ifadə edib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri birinci dərəcəli kapitan Həbib Xəlilov təntənəli qarşılanmaya və göstərilən diqqətə görə iranlı həmkarına minnətdarlığını bildirib.

Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO