sonnoqte.az
Xəbər başlıqları
  • 10:21 – Əliyev Pezeşkiana təşəkkür etdi 
  • 13:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 

Əhaliyə ŞAD XƏBƏR - Bu məhsul ucuzlaşır

22-05-2026, 16:00 26 dəfə baxılıb

Əhaliyə ŞAD XƏBƏR - Bu məhsul ucuzlaşır


Rəsmi statistikaya əsasən 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda quşçuluq sahəsində əsas məhsullar üzrə müxtəlif istiqamətli dəyişikliklər qeydə alınıb. Hesabat dövründə 764,1 milyon ədəd yumurta istehsal olunub ki, bu da 4,3 faiz azalma deməkdir.

Nəzərə alaq ki, yumurta ən çox tələb olunan ərzaq məhsulları sırasındadır. Ölkəmizin yumurtaya olan tələbatı yerli istehsal hesabına ödənilir.

Yumurta istehsalında azalma ilk növbədə qıtlığa səbəb ola bilər. Bu isə qiymətlərin yüksəlməsi ehtimalını gündəmə gətirib.

Yumurta bahalaşacaq?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli yumurta istehsalında elə bir azalma yoxdur deyib:

"Tələbata uyğun olaraq yumurta istehsal olunur. Heç bir qıtlıq gözlənilmir. Əksinə artıq yumurtanı aprel və may aylarında xaricə ixrac etmişik. Bizim hesablamalarımıza görə istehsal növbəti aylarda artacaq və iyun ayında yumurtanın qiyməti bir qədər ucuzlaşacaq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO