sonnoqte.az
Xəbər başlıqları
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 
  • 09:39 – Dövlət başçısı: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür 
  • 09:26 – Azərbaycan Prezidenti: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var 
  • 09:22 – Dövlət başçısı: "Bu gün 2 mühüm sənəd imzalanacaq" 

Min manat borca görə ölkədən çıxışa “stop” qoyulur?

30-04-2026, 09:00 35 dəfə baxılıb

Min manat borca görə ölkədən çıxışa “stop” qoyulur?



“Dövlət qurumunun sahibkarın fəaliyyətini 1 ay müddətində yoxlaması heç də arzuolunan hal deyil”.

Bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Gömrük Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı bildirib.

“Layihəyə əsasən, kameral və səyyar auditlərin aparılması nəzərdə tutulur. Səyyar gömrük auditi 20 iş günü müddətində aparılır. Əlavə araşdırma tələb olunduqda gömrük orqanının əsaslandırılmış qərarı ilə səyyar gömrük auditinin aparılması müddəti 30 iş gününədək artırıla bilər.

Proseslərin və sənədlərin əsaslı şəkildə elektronlaşdırıldığını nəzərə alsaq, 20 iş günü kifayət qədər uzun müddətdir. 20 iş günü təxminən bir ay deməkdir. Ona görə bu müddətə baxılıb azaldılmasına ehtiyac var.

Həmçinin, xarici ticarət iştirakçısının borcu onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət ediləcək. Layihə borc məbləğlərində minimum hədlər müəyyənləşdirmir. Burada xüsusi meyara ehtiyac var və minimum əmək haqqı məbləği ilə əlaqələndirilə bilər. Məsələn, min manat borcu olan vətəndaşın ölkədən çıxışını məhdudlaşdırmağa nə ehtiyac var?”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO