sonnoqte.az
Xəbər başlıqları
  • 11:55 – Prezident yeni səfiri qəbul etdi - FOTOLAR 
  • 14:34 – Prezident onları "Tərəqqi" medalı ilə təltif edib 
  • 11:33 – Prezident qəbul keçirdi - Fotolar 
  • 11:27 – Türkiyənin daxili işlər naziri İlham Əliyevin qəbulunda - Fotolar 

Bakıda dövlət qurumlarının avtomobilləri hərraca çıxarıldı – Qiymətlər

Bu gün, 08:24 2 dəfə baxılıb



Bakıda keçirilmiş növbəti hərracda dövlət qurumlarının balansında olan bir sıra nəqliyyat vasitələri satışa çıxarılıb. Hərracın nəticələri göstərir ki, bəzi avtomobillər ilkin qiymətdən baha satılsa da, bəziləri isə elə start qiymətinə alıcı tapıb.

Musavat.com-un əldə etdiyi məlumata görə, hərracda əsasən köhnə buraxılışlı minik avtomobilləri və dövlət qurumlarına məxsus nəqliyyat parkının bir hissəsi realizə edilib. Xüsusilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinə məxsus avtomobillər diqqət çəkib. 2008-ci il buraxılışlı “Chevrolet Niva” markalı, Az 90 FH 691 dövlət nömrə nişanlı avtomobil 3 min 300 manatdan hərraca çıxarılsa da, nəticədə 3 min 795 manata satılıb. Digər eyni markalı, Az 90 FH 673 nömrəli avtomobil isə 3500 manat ilkin qiymətlə satışa çıxarılıb və elə həmin qiymətə də satılıb.

“Aqrarkredit” QSC-yə məxsus 1997-ci il buraxılışlı VAZ-21213 markalı avtomobil 1600 manata təklif edilib və qiymət dəyişmədən satılıb. Eyni vəziyyət Gəncə Apelyasiya Məhkəməsi balansında olan 2007-ci il buraxılışlı “Chevrolet Niva” üçün də müşahidə olunub – avtomobil 3 min 75 manata çıxarılıb və həmin qiymətə satılıb.

Hərracın ən diqqətçəkən hissəsi isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim edilən toplu satışlar olub. 21 ədəd müxtəlif markalı nəqliyyat vasitəsi 28 min 725 manat ilkin qiymətlə çıxarılsa da, yekunda 62 min manata satılıb. Bu, hərracın ən böyük qiymət artımı kimi qeydə alınıb. Digər 15 ədəd nəqliyyat vasitəsi isə 28 min 425 manat ilkin qiymətlə satışa çıxarılıb və elə həmin məbləğə də alıcı tapıb.

Hərracın ümumi mənzərəsi göstərir ki, nisbətən işlək və bazarda tələbatı olan modellər üzrə qiymət artımı müşahidə olunur. Köhnə və texniki baxımdan zəif avtomobillər isə əsasən ilkin qiymətə satılır. Toplu satışlarda isə alıcı marağı daha yüksək olur və qiymət kəskin şəkildə arta bilir.

Ekspertlər hesab edir ki, bu cür hərraclar dövlət qurumlarının istifadədən çıxardığı nəqliyyat vasitələrinin iqtisadi dövriyyəyə qaytarılması baxımından mühüm rol oynayır. Eyni zamanda, bazarda münasib qiymətə avtomobil əldə etmək istəyənlər üçün alternativ imkanlar yaradır.

Dövlət hərraclarına maraq son illər artmaqdadır və bu tendensiyanın davam edəcəyi gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO