sonnoqte.az
Xəbər başlıqları
  • 12:01 – Prezident İlham Əliyev "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib 
  • 11:54 – Prezident İlham Əliyev Şamaxıda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib VİDEO 
  • 10:41 – Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib VİDEO 
  • 09:00 – Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib 

Rusiyanın İrana göndərdiyi humanitar yardım "Qaradağ" stansiyasına çatıb

Bu gün, 09:47 2 dəfə baxılıb

Rusiyanın İrana göndərdiyi humanitar yardım "Qaradağ" stansiyasına çatıb


İrana humanitar yardım aparan Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin "Qaradağ" stansiyasına çatıb.

Dərman vasitələrindən ibarət humanitar yardımın ümumi çəkisi 300 tondan çoxdur.

Daha sonra yük İranın yük avtomobilləri vasitəsilə bu ölkənin ərazisindəki təyinat nöqtəsinə daşınacaq.

Xatırladaq ki, martın 12-də Rusiya FHN-nin 13 tondan çox humanitar yükü - dərman və tibbi ləvazimatları Azərbaycan ərazisindən keçməklə İrana göndərilmişdi.

Qeyd edək ki, martın 11-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. V.Putin Rusiya vətəndaşlarının İrandan təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlət başçısına minnətdarlığını bildirib.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO