sonnoqte.az
Xəbər başlıqları
  • 10:16 – İlham Əliyev Litva Prezidentini təbrik edib 
  • 08:16 – İlham Əliyev: Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir 
  • 08:12 – Prezident: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir 
  • 08:08 – İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq 

600-dən çox bal toplayan gənclərin əsgərlik yeri açıqlandı - RƏSMİ

Dünən, 09:19 2 dəfə baxılıb

600-dən çox bal toplayan gənclərin əsgərlik yeri açıqlandı - RƏSMİ


Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplamış gənclərin həqiqi hərbi xidməti harada keçdiklərinə aydınlıq gətirib.

Nazirlikdən Modern.az saytının bu mövzudakı sorğusuna cavab olaraq bildirilib ki, 2024-cü ildən etibarən Dövlət İmtahan Mərkəzinin (DİM) ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanlarından 600 və daha yuxarı bal toplamış gənclər müddətli həqiqi hərbi xidmətini Milli Müdafiə Universitetinin nəzdindəki İntellektual qabiliyyətli bölmələrdə keçirlər.

"Eyni zamanda, bu qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın şərtlərinə uyğun olan qaliblər, həmçinin cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunlarına şamil edilir",- Nazirlikdən qeyd edilib.

Xatırladaq ki, Azərbaycanda gənclərin həqiqi hərbi xidmətə çağırışı ildə dörd dəfə həyata keçirilir. Ali təhsilli məzunlar həqiqi hərbi xidməti 1 il, ali təhsili olmayan çağırışçılar isə 1 il 6 ay müddətində çəkirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO