sonnoqte.az
Xəbər başlıqları
  • 12:00 – Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib VİDEO 
  • 10:41 – Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib VİDEO 
  • 09:00 – Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib 
  • 08:57 – İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib 

Pensiyalar bu qədər ARTIRILACAQ

2-02-2026, 11:37 18 dəfə baxılıb



"2024-cü ildə respublika üzrə orta aylıq əməkhaqqı 8.1 faiz artmışdırsa, ötən ilin ilk 11 ayında artım 9.3 faiz olub. 2025-ci ilin yekun nominal orta aylıq əməkhaqqı artım fazinin fevral ayının əvvəllərində rəsmi elan ediləcəyi gözlənilir. İlkin gözlənti 9.2 faiz maaş artımıdır".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib. Onun sözlərinə bu o deməkdir ki, yaxın günlərdə bütün növ pensiyaların indeksləşdirilərək artırılması baş verəcək:

"9.2 faiz artırılacağı gözlənilən pensiya artımları 1 milyon 100 mindən çox vətəndaşımıza şamil olunaraq yanvar ayından hesablanacaq. Bu bütün növ əmək pensiyalarını, o cümlədən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyaları alan bütün vətəndaşlarımıza şamil olunacaq. 2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağı proqnozlaşdırılır, yaşa görə orta pensiya isə 629 manata çatacaq və bu məbləğ 2025-ci illə müqayisədə 7.9%-dən çox artım deməkdir"./Unikal.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO