sonnoqte.az
Xəbər başlıqları
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 
  • 09:00 – Azərbaycanda Anım Günüdür! 
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 

Bakıda yeni quraşdırılan işıqforlardakı kameraların səbəbi bilindi

15-12-2025, 08:35 35 dəfə baxılıb



Bakının bir sıra küçə və prospektlərində quraşdırılan yeni tip işıqforlar sürücülər arasında suallar yaradıb. İşıqforların üzərində yerləşdirilən kamera və sensorlara bənzər qurğuların təyinatı ilə bağlı onların radar olub-olmaması müzakirə mövzularından birinə çevrilib.

Ölkə.Az məsələ ilə əlaqədar rəsmi cavab tapmağa çalışsa da, bu, nəticə verməyib.

Lakin kiçik araşdırmamız zamanı məlum oldu ki, sözügedən cihaz beynəlxalq praktikada işıqfora inteqrasiya olunan nəqliyyat sensoru, müşahidə kamerası kimi tanınır.

Onlar adətən, sürəti ölçmür və radar prinsipi ilə işləmir. Əsas funksiyası işıqfor qarşısında neçə avtomobilin dayandığını müəyyən etmək, hansı zolaqda sıxlıq olduğunu ölçmək, həmin məlumat əsasında işıqforun fazalarını (işıqların müddətini) tənzimləməkdir. Yəni sistem avtomobili “görür”, amma cərimə yazmaq üçün yox, axını analiz etmək üçün.

Beynəlxalq təcrübədə (ABŞ, Almaniya, Türkiyə və s.) bu cür kameralar “vehicle detection camera” və ya “traffic monitoring sensor” adlanır. “Ağıllı işıqfor” sisteminin bir hissəsidir.

Qeyd etmək yerinə düşər ki, bəzi müşahidə kameraları vasitəsilə bir çox sürücülərin cərimələndiyi də məlumdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO