sonnoqte.az
Xəbər başlıqları
  • 10:58 – Prezident məişət tullantıları daşıyan texnikalarla tanış oldu - FOTOLAR 
  • 20:59 – Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar 
  • 17:06 – “Bu, ədalətimizin son nöqtəsi idi” 
  • 09:19 – Prezident: Son 80 il ərzində Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır 

Qanun dəyişir: Səkkiz min manatlıq müavinət kimlərə veriləcək?

8-12-2025, 12:11 10 dəfə baxılıb

Qanun dəyişir: Səkkiz min manatlıq müavinət kimlərə veriləcək?


"Azərbaycanda yeni müvainətin verilməsinə başlanılacaq. Belə ki, Dövlət qulluğu haqqında" qanuna təklif edilən dəyişikliklərə əsasən, bir sıra hallarda vətəndaşlara yeni birdəfəlik müavinətin verilməsi nəzərdə tutulur".

Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə,qanuna əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər:

"Bu əsasla dövlət qulluğuna xitam verildikdə dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək.

2024-cü ilin yekunlarına əsasən, dövlət qulluqçularının sayı 27,4 min nəfərdir və onların orta aylıq nominal məvacibi təxminən iki min manatdır. Bu o deməkdir, yeni müavinətin məbləği orta hesabla 8 min manat (orta aylıq dövlət məvacibi- 2 min manat X 4) olacaq. Bu müavinətin təyinatında məqsəd vətəndaşlarımızın sosial təmminatını daha da gücləndirmək və dövlət qulluqçularının ailələri üçün sosial müdafiə imkanlarını genişləndirməkdir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO