sonnoqte.az
Xəbər başlıqları
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 22:26 – Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar 
  • 22:23 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar 
  • 19:45 – İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında 

Bakının mərkəzində görünən "Tbilisi turu" yazılı avtobusla bağlı - AÇIQLAMA

28-11-2025, 12:13 29 dəfə baxılıb

Bakının mərkəzində görünən "Tbilisi turu" yazılı avtobusla bağlı - AÇIQLAMA


Son günlər Bakının mərkəzində, daha dəqiq desək, Qoşa Qala qapılarının yaxınlığında üzərində “Azərbaycan - Tiflis turu” yazılmış avtobusların görünməsi böyük marağa səbəb olub. Bəzi iddialara görə, bu marşrutun həyata keçirilməsi Gürcüstanla quru sərhədin açılması ilə bağlıdır və Türkiyə şirkətləri Gürcüstan - Azərbaycan avtobus turları təşkil edirlər.

 Operativ Media məsələni dəqiqləşdirmək üçün Türkiyənin adıçəkilən turoperatorları ilə əlaqə saxlayıb.

Şirkətdən bildirilib ki, “Tbilisi–Bakı” turu həqiqətən həyata keçirilib, lakin turistlərin Azərbaycana keçidi hava yolu ilə baş tutub. Şirkətin məlumatına görə, hazırda bu tur aktiv deyil.

Qeyd edək ki, Azərbaycanın quru sərhədləri 22 sentyabr 2025-ci il tarixində uzadılmış “xüsusi karantin rejimi” çərçivəsində bağlı qalıb və bağlanma müddəti 1 yanvar 2026-cı il saat 06:00-a qədər nəzərdə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO