sonnoqte.az
Xəbər başlıqları
  • 08:40 – İlham Əliyev onlara müraciət etdi 
  • 12:19 – Prezident sərəncam imzaladı 
  • 08:20 – Prezidentdən Laçınla bağlı paylaşım - VİDEO 
  • 12:04 – İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib 

20 Yanvar dairəsində yenilik - Cərimə oluna bilərsiniz - Video

3-11-2025, 09:56 12 dəfə baxılıb

20 Yanvar dairəsində yenilik - Cərimə oluna bilərsiniz - Video


Nəqliyyat vasitələrinin sıx hərəkət etdiyi 20 Yanvar dairəsinin Yasamal rayonuna düşən hissəsində yenilik tətbiq olunub.

“Qafqazinfo” xəbər verir ki, Moskva prospektinin Müzəffər Həsənov və Zərdabi küçələri ilə kəsişdiyi yerdə sarı tor çəkilib.

Bildirilib ki, bu ərazidə tez-tez tıxac müşahidə edilir və avtobuslar öz zolaqlarından sonra kəsişmənin qarşı tərəfinə keçərkən xeyli vaxt itirir. Yeniliyin tətbiqi ilə avtomobillərin həmin torun olduğu yerdə dayanması qadağan edilib.

 Yeniliyə əsasən, qarşıda tıxac olarsa, avtomobillər torlu hissəni boş saxlamalı və avtobusların, eləcə də sağdan gələn digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmamalıdır.
Qeyd edək ki, avtomobilin sarı torun üzərində saxlanmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə tətbiq edilir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO