sonnoqte.az
Xəbər başlıqları
  • 11:35 – İlham Əliyev: "Azərbaycan 100 % genişzolaqlı internet əhatə dairəsi ilə regionda liderdir" 
  • 09:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 14:00 – İlham Əliyevdən məmurlara XƏBƏRDARLIQ - “Dərhal mənə məlumat verin” 
  • 11:50 – Prezidentdən konfrans iştirakçılarına - Müraciət 

Gəncənin bəzi yollarında məhdudiyyətlər olacaq - DİQQƏT!

7-10-2025, 08:42 19 dəfə baxılıb

Gəncənin bəzi yollarında məhdudiyyətlər olacaq - DİQQƏT!


III MDB Oyunlarının rəsmi bağlanış günündə Gəncə şəhərinin bəzi yollarında məhdudiyyətlər tətbiq olunacaq.

Bağlanış mərasiminin keçiriləcəyi oktyabrın 8-də Gəncə şəhərinin aşağıda qeyd olunan prospekt və küçələrində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq:

- Heydər Əliyev prospekti, Məhəmməd Füzuli küçəsi ilə kəsişməsi;

- Atatürk prospekti;

- Turqut Özal küçəsi, Bəhram bəy Axundov, Faiq Nemanzadə, İlham Müzəffəroğlu və Çingiz Mustafayev küçələri ilə kəsişmələr.

Atatürk prospektində nəqliyyatın hərəkətinə tətbiq ediləcək məhdudiyyətlə bağlı 6 və 7 nömrəli marşrutların tədbir zamanı hərəkəti Heydər Əliyev prospektindən keçməklə təşkil olunacaq.

12 nömrəli marşrut xəttinin Atatürk prospektində hərəkətin məhdudlaşdırılması səbəbindən son dayanacaq məntəqəsi olaraq Gəncə Dəmiryolu vağzalı əvəzinə Bilal Qəhrəmanov küçəsi təyin edilib.

Heydər Əliyev prospektindən 1, 4, 6, 7 və 8 nömrəli marşrutlar fəaliyyət göstərəcək.

Bağlanış mərasiminə gələn tamaşaçılar Gəncə şəhər stadionuna yaxın ərazidən keçən ictimai nəqliyyatdan istifadə edə biləcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO