sonnoqte.az
Xəbər başlıqları
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 22:26 – Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar 
  • 22:23 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar 
  • 19:45 – İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında 

Göygöldə şəhid şəkilləri niyə silinib? - RƏSMİ AÇIQLAMA

19-08-2025, 12:14 64 dəfə baxılıb



Sosial şəbəkələrdə Göygöl rayonunun küçələrinin divarlarına çəkilmiş şəhid şəkillərinin silinməsi ilə bağlı görüntülər yayılıb. 

Hadisə böyük müzakirələrə səbəb olub. Tanınmış aparıcı Tolik (Tarix Əliyev) də paylaşım edərək, şəhidlərin xatirəsinə qarşı belə halların yolverilməz olduğunu bildirib

Məsələ ilə bağlı Göygöl rayon icra hakimiyyəti ilə əlaqə saxladıq.

İcra hakimiyyətinin rəsmisi Ölkə.az-a açıqlamasında bildirdi ki, həmin şəkillər çox pis vəziyyətdə olub:

"Bu şəkillər təxminən 2020-ci ildə çəkilib, üzərindən 5 il keçdiyi üçün şəkillərin yarısı silinib və pis vəziyyətə düşüb. Əlavə olaraq bildiririk ki, şəhidlər bizim and yerimizdir, onların ruhlarının qarşısında baş əyirik. Qanunvericiliyin tələblərinə uyğun Göygöl rayonu üzrə  şəhidlərin adları əbədiləşdirilib.

Eyni zamanda l və ll Qarabağ Müharibəsi, Aprel, Antiterror və digər döyüşlərdə həlak olmuş 175 şəhidin xatirəsinə “Şəhidlər Memorial Kompleksi”yaradılır, ilin sonuna təhvil verilməsi nəzərdə tutulur".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO