sonnoqte.az
Xəbər başlıqları
  • 10:10 – Daxili İşlər Nazirliyində əməliyyat müşavirəsi keçirilib 
  • 21:58 – Prezident İlham Əliyev Azərbaycan Milli Mətbuatının 150 illiyi ilə əlaqədar təbrik ünvanlayıb - YENİLƏNİB 
  • 12:44 – İlham Əliyev Donald Trampa təşəkkür edib 
  • 08:49 – Tramp Prezident İlham Əliyevin çıxışını paylaşıb 

Bakıda su niyə fasilələrlə verilir? - Səbəb AÇIQLANDI

23-07-2025, 13:00 3 dəfə baxılıb

Bakıda su niyə fasilələrlə verilir? - Səbəb AÇIQLANDI


Bakı şəhəri və Bakıətrafı bəzi yaşayış ərazilərində su təchizatında fasilələr müşahidə edilir.

 İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, su təchizatındakı fasilələr müəyyən səbəblərlə bağlıdır.

"Yay mövsümündə havaların kəskin istiləşməsi nəticəsində suya olan tələbatın artması təbiidir. Mövcud qurğuların və sudaşıyıcı kəmərlərin ifrat yüklənməsi nəticəsində qəza risklərini də minimuma salmaqla tələbatın maksimum optimal qarşılanması üçün tənzimlənmə işləri aparılır", - açıqlamada bildirilir.

Qeyd olunub ki, Bakı şəhərinin əsas su təminatçısı olan Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, Kür sutəmizləyici qurğuları komplekslərində suyun istehsal həcmlərinin artırılması, sudaşıyıcı magistral kəmərlərin, hövzələr üzrə supaylayıcı şəbəkələrin, qurulması istiqamətində yeni layihələrin icrası intensiv şəkildə davam etdirilir. 

Hazırda da əksər ərazilərdə su təminatı normal rejimə qaytarılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO