sonnoqte.az
Xəbər başlıqları
  • 10:10 – Daxili İşlər Nazirliyində əməliyyat müşavirəsi keçirilib 
  • 21:58 – Prezident İlham Əliyev Azərbaycan Milli Mətbuatının 150 illiyi ilə əlaqədar təbrik ünvanlayıb - YENİLƏNİB 
  • 12:44 – İlham Əliyev Donald Trampa təşəkkür edib 
  • 08:49 – Tramp Prezident İlham Əliyevin çıxışını paylaşıb 

Sənədsiz ev sahiblərinə şad xəbər: 15 gün vaxt veriləcək

23-07-2025, 09:28 4 dəfə baxılıb

Sənədsiz ev sahiblərinə şad xəbər: 15 gün vaxt veriləcək


"Azərbaycan Prezidenti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişiklikləri təsdiq edib. Dəyişikliklərə əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası dövlət torpaq kadastrında saxlanılan məlumatlar uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılacaq".

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, araşdırmanın nəticəsinə əsasən, təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınacaq və dövlət torpaq kadastrında müvafiq düzəlişlər ediləcək:

"Yəni, əgər vətəndaş daşınmaz əmlakının qeydiyyata alınması ilə bağlı müraciət edən zaman qeydiyyata məsul olan dövlət qurumunda məlumat fərqli olarsa, o zaman 15 iş günü ərzində dəqiqləşdirmə aparılır. Məsələn, vətəndaşın sənədində torpağın təyinatı tikintiyə icazəyə imkan verirsə, amma dövlət qurumunda olan məlumat bazasında o ərazi kənd təsərrüfatı üçün yararlı torpaq kimi görsənirsə, o zaman məlumatı dəqiqləşdirmək üçün digər profil qurumlara sorğu göndəriləcək. Sorğu zamanı vətəndaşın sənədinin doğruluğu təsdiq olunarsa, həmin daşınmaz əmlak qeydiyyata alınacaq. Bütövlükdə, yeni dəyişikliklər qeydiyyatsız evlərin sənədləşməsi prosesində məlumatların dəqiqləşdirilməsinə xidmət edəcək. Bu həmçinin, mülkiyyət hüquqların tanınması və qorunması baxımdan da vacibdir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO