sonnoqte.az
Xəbər başlıqları
  • 12:56 – Şəmkirdə yolların əsaslı təmirinə iki milyon manat ayrılıb - SƏRƏNCAM 
  • 12:44 – İlham Əliyev Donald Trampa təşəkkür edib 
  • 08:49 – Tramp Prezident İlham Əliyevin çıxışını paylaşıb 
  • 08:43 – İlham Əliyev Milli Mətbuat Günü münasibətilə paylaşım edib 

Bakıda İran məhsulları bahalaşacaq: İdxalçılar mal gətirməyə qorxur - FOTOLAR

23-06-2025, 15:30 9 dəfə baxılıb

Bakıda İran məhsulları bahalaşacaq: İdxalçılar mal gətirməyə qorxur - FOTOLAR


İran-israil müharibəsi İran məhsullarının da bahalaşmasına gətirib çıxaracaq. Bildiyiniz kimi Azərbaycanın bir çox bölgələrində, xüsusuilə Bakıda İran məhsulları satış şəbəkəsi mövcuddur. Xüsusən quru meyvə, ədviyyat, qənnadı və təmizlik məhsulları xüsusi dükanlarda satılır. Müharibədən sonra İran məhsullarının qiymətində bahalaşma artıq müşahidə olunur.

Bununla bağlı Sitat.info-ya İran məhsullarının satışı ilə məşğul olan sahibkarlar məlumat verib. Onların sözlərinə görə, müharibə səbəbindən İranın bütün məhsullarında bahalaşma qaçılmazdır: 

"İrandan topdan məhsul gətirənlər müharibəyə görə gedə bilmirlər. Rəsmi heç bir məhdudiyyət olmasa da, idxalçılar qorxurlar... Demək olar ki, tırlar İrandan mal gətirməyi dayandırıblar. Bizə bildirdilər ki, qısa zamanda kəskin bahalaşma qaçılmazdır. Əlimizdə qalan köhnə partiya malları satışa bitmək üzrədir. Növbəti partiya ya olmayacaq, ya da çox baha olacaq. Təxminən 15-20 faiz civarında qiymət artımı var və bunun daha da artacağını demək olar. Onları da qınamaq olmaz. İranda vəziyyət təhlükəlidir, heç kim özünü riskə atıb, tırla gedə bilmir".

Xüsusən də yuyucu vasitələr və qənnadı məmulatlarında daha çox bahalaşma olacaq.

Qeyd edək ki, bu dükanlar ucuzluğu ilə seçilir, xüsusən aztəminatlı əhali təmizlik vasitələrini, quru meyvələri  market qiymətlərindən daha aşağı qiymətlə ala bilir. 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO