19:45 – Prezident 3 rayona icra başçısı təyin etdi
10:02 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında olub
09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto
09:00 – Azərbaycanda Anım Günüdür!
İmişlidə SSRİ bayrağını kim asıb? - VİDEO
13-05-2025, 15:35
90 dəfə baxılıb
İmişli rayonunda 9 May faşizm üzərində qələbə günü münasibəti ilə keçirilən tədbirdə maraqlı hadisə qeydə alınıb.
Tədbirin keçirildiyi xiyabanda Azərbaycan dövlət bayrağı ilə yanaşı, keçmiş SSRİ bayrağı da dalğalanıb. Üstəlik, "Den Pobedı" ("Qələbə Günü") sovet mahnısı da səsləndirilib.
Həmin görüntülər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bu faktı qınayanlar çoxluq təşkil edir.
Mövzu ilə bağlı "Yeni Sabah"a danışan İmişli rayon icra başçısının birinci müavini Mirzə Quliyev bildirib ki, hazırda bayraq qalmaqalı ilə bağlı araşdırma aparılır:
“Bu hadisədən xəbərimiz var. Həmin bayrağı xiyabanda rayon ağsaqqallar şurasının sədri sancıb. Hazırda bu barədə araşdırma aparılır. Lazımi tədbirlər görüləcək”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: