sonnoqte.az
Xəbər başlıqları
  • 13:04 – Prezidentlərin lanç əsnasında geniş tərkibdə görüşü oldu - Foto 
  • 19:06 – Prezident İlham Əliyev: Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı olublar 
  • 19:00 – Azərbaycan Prezidenti: Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək 
  • 18:56 – Prezident: Bakı-Tbilisi-Qars dəmir yolunun xüsusilə Türk dünyasını birləşdirmək üçün çox böyük faydası var 

Bu şəxslər hər ay 200 manat alacaqlar

Dünən, 12:16 8 dəfə baxılıb

Bu şəxslər hər ay 200 manat alacaqlar


Sosial rifahın gücləndirilməsi məqsədilə həyata keçirilən sosial paket çərçivəsində minimum əməkhaqqının artırılması bir sıra müavinət və təqaüdlərdə də yüksəlişə səbəb olub. Bu artımlardan biri də peşə təhsili alan tələbələrə verilən təqaüdlərlə bağlıdır.

Baku.ws məlumatına görə, mövcud qanunvericiliyə əsasən, peşə təhsili alan tələbələrə ödənilən təqaüdün məbləği minimum əməkhaqqının 50 faizi həcmində müəyyən edilir. Əvvəllər minimum əməkhaqqı 345 manat olduğu üçün bu təqaüdün məbləği 172,5 manat təşkil edirdi. Lakin 2024-cü ildə minimum əməkhaqqının 400 manata yüksəldilməsi ilə bu göstərici də artıb. Beləliklə, peşə təhsili alan tələbələrə artıq 200 manat məbləğində aylıq təqaüd ödənilir ki, bu da əvvəlki məbləğlə müqayisədə 14 faiz artım deməkdir.

Təqaüdlərin artırılması peşə təhsilinə marağın yüksəlməsinə, tələbələrin maddi vəziyyətinin yaxşılaşdırılmasına və onların təhsilə daha çox fokuslanmasına töhfə verəcək. Bu addım eyni zamanda ölkədə peşə təhsilinin inkişafına dəstək olmaqla yanaşı, gələcəkdə ixtisaslı kadrların yetişdirilməsinə müsbət təsir göstərəcək.

Bundan əlavə, digər təqaüd və sosial müavinətlərin artırılması ilə bağlı ölkə başçısının tapşırığına uyğun olaraq Nazirlər Kabineti mart ayının ikinci yarısında müvafiq təklifləri təqdim edəcək. Gözlənilir ki, bu təkliflər digər sosial kateqoriyalara aid edilən təqaüd və müavinətlərin də artırılmasını nəzərdə tutacaq.

Dövlətin həyata keçirdiyi bu sosial dəstək tədbirləri vətəndaşların rifah halının yüksəldilməsinə yönəlib və növbəti dövrlərdə bu istiqamətdə daha geniş addımların atılması gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO