sonnoqte.az
Xəbər başlıqları
  • 11:37 – İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO 
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 10:02 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında olub 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 

Bu küçədə maşın saxlamaq 40 manata bərabərdir - Sürücülərin nəzərinə

28-02-2025, 13:01 91 dəfə baxılıb

Bu küçədə maşın saxlamaq 40 manata bərabərdir - Sürücülərin nəzərinə


Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, 11 A ünvanında yerləşən taksi dayanacağı, yol kənarında fəaliyyət göstərən obyekt sahibləri üçün ciddi problemlər yaradır.

Sahibkarlar bildirirlər ki, bu ərazidə "taksi dayanacağı" işarəsi yerləşdirildikdən sonra həmçinin yerdə parklanma xətləri olsa da, onlara və müştərilərə hər gün cərimələr tətbiq edilir.

Onların sözlərinə görə, həmin nişan 5 il əvvəl quraşdırılıb, amma bu yer taksi dayanacağı üçün uyğun deyil və burada heç vaxt taksinin dayanmasını görməyiblər. Müştəri gəldikdə isə dərhal 40 manat cərimə tətbiq olunur. Bu kimi hallar dəfələrlə təkrarlanıb. Sahibkarlar əlavə edirlər ki, bu səbəbdən nə sifariş qəbul edə bilirlər, nə də mal satışı həyata keçirə bilirlər.

Məsələ ilə bağlı AYNA-dan bildirildi ki, sözügedən məsələ ilə bağlı əraziyə baxış keçiriləcək. 

Yerdə parklanma xətləri olduğu halda niyə görə yol boyu avtomobili park edənlərə cərimə yazılır? 

Məsələ ilə bağlı BŞDYPİ-nin əməkdaşı Rüstəm Əhmədli qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin  346.6-cı maddəsinə əsasən, taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitəsinin dayanması və durması qadağandır. Bu kimi qaydaları pozan sürücülərə 40 manat cərimə nəzərdə tutulub. /Milli.Az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO