sonnoqte.az
Xəbər başlıqları
  • 19:45 – Prezident 3 rayona icra başçısı təyin etdi 
  • 10:02 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında olub 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 
  • 09:00 – Azərbaycanda Anım Günüdür! 

Oqtay Əsədovun xanımı vəzifəsindən azad edildi

17-09-2024, 11:34 80 dəfə baxılıb

Oqtay Əsədovun xanımı vəzifəsindən azad edildi


Milli Məclisin sabiq sədri Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova işdən çıxarılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq Əmr imzalayıb.

Bir müddət əvvəl Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Əsədova Zemfira Adil qızının müdiri olduğu 175 nömrəli körpələr evi-uşaq bağçasında yoxlamalar aparılıb və bəzi pozuntular aşkarlanıb.

Z.Əsədova yoxlamalardan sonra öz ərizəsi ilə vəzifəsindən gedib.

175 nömrəli körpələr evi-uşaq bağçasına hələlik müdir təyin edilməyib. 

Qeyd edək ki, Zemfira Əsədova bu bağçada 20 ildən çox müdir olub. Hətta 2017-ci ildə 175 nömrəli körpələr evi-uşaq bağçasının (“Şənlik” uşaq bağçası) 30 illiyinə həsr edilmiş təmtaraqlı tədbir də keçirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO