14:43 – İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub
19:20 – İlham Əliyev və Meloni mətbuata bəyanatlarla çıxış edirlər
19:16 – Prezident İlham Əliyevin İtaliya Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO
18:34 – İlham Əliyevin Meloni ilə təkbətək görüşü keçirilir - Fotolar
Xaricdən avtomobil gətirənlərin bəziləri gömrükdən narazıdır - VİDEO
18-07-2024, 12:24
65 dəfə baxılıb
Xaricdən ölkəyə avtomobil gətirənlərin bəziləri gömrük rəsmiləşdirilməsi zamanı problemlə üzləşdiklərini iddia edirlər.
Qeyd edilir ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində son günlər avtomobillərin gömrük rəsmiləşdirməsi prosesi həddindən çox uzanır.
Bununla belə, avtomobillərin gömrük rəsmiləşdirilməsində hər hansı gecikmənin olmadığını deyənlər də var.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, son günlər Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində rəsmiləşdirilmə prosesində baş verən ləngimələr xaricdən ölkəyə gətirilən nəqliyyat vasitələrinin çoxluğu ilə əlaqədardır. Belə ki, adi günlərdə xaricdən gətirilən nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi üçün Baş İdarəyə gündəlik 350 müraciət daxil olurdsa, son 10 gündə bu rəqəm 2 dəfəyə qədər artaraq gündəlik 550-650 təşkil edir. Hazırda Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və rəsmiləşdirilmə prosesində baş verən ləngimələr qısa zaman ərzində aradan qaldırılacaq.
Ətraflı videomaterialda.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: