sonnoqte.az
Xəbər başlıqları
  • 19:45 – Prezident 3 rayona icra başçısı təyin etdi 
  • 10:02 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında olub 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 
  • 09:00 – Azərbaycanda Anım Günüdür! 

Un məmulatları bahalaşacaq?

23-05-2024, 13:39 91 dəfə baxılıb

Un məmulatları bahalaşacaq?


Unun bahalaşması ilə şirniyyat qiymətlərinin artacağı iddia olunur. 

Xezerxeber.az-ın məlumatına görə, topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində təxminən 2 manata yaxın artım olub. Bu artım hələ ki, özünü çörəyin və un məmulatlarının qiymətinin artımında  göstərmir.

Amma sahibkarlar unun bahalaşmasının un məmulatlarının qiymətinə təsir etməyəcəyini deyirlər. Onlar bildirirlər ki, un məməulatlarının qiymətinin artması şirniyyatların hazırlanması zamanı istifadə edilən digər xammal məhsullarının qiymətindən asılıdır. 

İqtisadçı Fuad İbrahimov isə bildirir ki, unun qiymətində artım tendensiyası müşahidə olunsa da, çörəyin bahalaşması gözlənilmir.

İqtisadçı onu da əlavə edib ki, bazarda olan əksər sahibkarlar un tədarükünü aylıq olaraq təmin edir. Ümumilikdə isə, unun qiymətində növbəti bahalaşma gözlənilmir. 

Ekspertlər  hesab edirlər ki, gələn aydan ölkədə taxıl biçinin başlaması da bazara müsbət təsir edəcək. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO