sonnoqte.az
Xəbər başlıqları
  • 19:09 – Vilayət Eyvazov konkret tapşırıqlar verdi - Fotolar+Video 
  • 11:26 – Sahibkarlar İlham Əliyevə müraciət ünvanlayıblar 
  • 11:06 – Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib 
  • 09:20 – İlham Əliyevin qarşılanma mərasiminə belə hazırlaşdılar - Video 

BNA ilə bağlı növbəti qanunsuzluq aşkarlanıb

5-08-2023, 10:14 75 dəfə baxılıb

BNA ilə bağlı növbəti qanunsuzluq aşkarlanıb


Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda Hesablama Palatasının 2023-cü il İş planı üzrə Bakı Nəqliyyat Agentliyi və tabeliyində olan qurumlar üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının auditinin nəticələri barədə Auditor hesabatı müzakirə edilib.

Aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması nəzərə alınaraq auditin nəticələrinə dair müvafiq materialların "Hesablama Palatası haqqında" qanunun 26.2-ci maddəsinə əsasən Baş Prokurorluğa göndərilməsi qərara alınıb.

Xatırladaq ki, ötən ay Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynov və qeyd olunan struktur qurumun məsləhətçisi Hikmət Vəlizadə haqda həbs qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilirlər. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO