19:45 – Prezident 3 rayona icra başçısı təyin etdi
10:02 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında olub
09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto
09:00 – Azərbaycanda Anım Günüdür!
Qubadlının Zilanlı kəndi nə vaxt tikilib təhvil veriləcək? - AÇIQLAMA + VİDEO
24-05-2023, 09:00
117 dəfə baxılıb
“Qubadlı rayonunun Bərgüşad və Həkəri çayının qovşağında yerləşən Zilanlı kəndi bir il yarıma tikilib təhvil veriləcək. Sonra isə sakinlərin doğma yurdlarına köçürülməsi başlanacaq”.
Xezerxeber.az-ın məlumatına görə, bunu “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rza bildirib.
O qeyd edib ki, Zilanlıya ilk mərhələdə 772 nəfərin köçürülməsi nəzərdə tutulub.
80 hektarı əhatə edən layihələndirilmiş ərazidə yerli materiallardan istifadə olunur, tikintinin hər mərhələsində iqlim şəraiti də nəzərə alınır. Ümumiyyətlə, tikinti-quruculuq işləri Qubadlının şəhər mərkəzində, Xanlıq kəndi, Kürdmahruzlu kəndlərində də başlayıb.
Daha ətraflı süjetdə:
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: