Şakir Quliyev Şəhid ailələrinə, qazilərə, həmçinin müharibə veteranlarına əlindən gələn köməklikləri edir
Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında 1 saylı RETSİ-nin rəisi Şakir Quliyev adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir.
Şakir Quliyevin hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, qazilərə diqqət və qayğı dövlətin prioritetidir. Hər zaman şəhid ailələrinə, qazilərimizə xüsusi həssaslıqla yanaşan Prezident İlham Əliyev onların hərtərəfli təminatı üçün bir sıra fərman və sərəncamlar imzalayıb.
Bir çox şəxlər də var ki, bu işi özünə Vətən borcu kimi bilir və Şəhid ailələrinə, qazilərə, həmçinin müharibə veteranlarına əlindən gələn köməklikləri edirlər. Onlardan biri də 1 saylı RETSİ-nin rəisi Şakir Quliyevdir.
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Şəhid qardaşı Şakir Quliyevin diqqətindədir.
“Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir.
Son günlər bəzi internet saytlarında 1 saylı RETSİ-nin rəisi Şakir Quliyev ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, 1 saylı RETSİ-nin rəisi Şakir Quliyev haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.