Zamiq Qurbanov: Dinamik inkişaf edən güclü dövlət
16-01-2023, 10:55
232 dəfə baxılıb

Cəbrayıl rayon üzrə təhsil sektorunun müdiri Zamiq Qurbanov - Yanvarın 10-da Prezident İlham Əliyevin artıq ənənə halını almış yerli televiziya kanallarına müsahibəsi ictimaiyyəti ölkəmizlə əlaqədar bütün məsələlərlə bağlı dəqiq, dolğun şəkildə məlumatlandırmaq baxımından mühüm məqamlarla yadda qaldı. Prezident İlham Əliyev ölkəmizlə bağlı sosial-iqtisadi, siyasi-hərbi məsələləri əhatə edərək ölkəmizin hazırki inkişaf dinamikasını təsvir etdi.
Müharibənin bitməsindən cəmi iki il keçməsinə baxmayaraq, Azərbaycan dövləti Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində öz mövqelərini həm sosial-iqtisadi, həm də siyasi-hərbi cəhətdən daha da möhkəmləndirmişdir.
Hazır ki, məqamda dünyada davam edən böhranlı vəziyyət və inflyasiyanın yüksək olduğunu nəzərə alaraq ilin başlanğıcında əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə icrasına başlanılan sosial layihələrin xüsusi önəmi var. Həyata keçirilən bu layihələrin məqsədi vətəndaşları yüksək qiymət artımına qarşı qorumaqdır.
Azad edilən ərazilərdə həyata keçirilən geniş miqyaslı bərpa-quruculuq işləri qısa zamanda Azərbaycan vətəndaşlarının öz ata yurdlarına qayıdışına hədəflənib. Müharibədən az müddət keçməyinə baxmayaraq həm azad olunmuş ərazilərdə bərpa quruculuq işləri, həm əhalinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycanın güclü iqtisadi potensialının göstəricisidir. Hər bir dövlət proqramı, layihələr təxirə salınmadan icra edilir.
Prezident İlham Əliyev müsahibəsində döyüşdə Qələbə qazanmağımıza baxmayaraq mübarizəmizin davam etdiyini bildirdi. Uzun illər deportasiyaya məruz qalmış Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtmaqlarının onların hüququ olduğunu bildirən cənab Prezident Ermənistanın bunun marağında olduğunu bildirdi. Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdışını təmin etməklə Ermənistan özünün monodövlət damğasını üzərindən götürə bilər.
Azərbaycan Silahlı Qüvvələrində xüsusi təyinatlıların sayının xeyli artırıldığını diqqətə çatdıran Prezident İlham Əliyev bir daha Ermənistana xatırlatma edərək hər hansısa revanşist niyyətlərin heç bir nəticəsi olmayacağını bildirdi.
Bu gün dünyamızda baş verən qlobal siyasi-iqtisadi hadisələr fonunda ölkəmizin yeni dövrdə də dayanıqlı və davamlı inkişafını təmin etmək məqsədilə 1990-cı illərdə öz siyasi müstəqilliyini əldə etmiş müasir demokratik Azərbaycan Respublikasının tarixinə hər zaman nəzər yetirməli və bu günki Azərbaycanın vətəndaşı olaraq müstəqil Azərbaycan tarixinin yazılmasında iştirakı olmuş görkəmli, siyasi şəxsiyyətlərin əvəzsiz rolunuheç vaxt unutmamalıyıq.
Azərbaycan xalqı böyük fəxarət hissi və sevinclə Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü ili – “Heydər Əliyev İli” elan etdi.
1988-1990-cı illərdə SSRİ-nin tarixi zərurətdən süquta uğradığı bir zamanda Azərbaycan xalqının müqəddəratı sual altında idi və yalnız təcrübəli, ağıllı, cəsarətli, dövlətinə və millətinə bağlı, eyni zamanda gələcəyə böyük ümid bəsləyən şəxsiyyətlərin məsələlərə vaxtında müdaxiləsindən asılı idi.
Tarixin səhifələrinə nəzər yetirərkəno dövrdə məhz1990-cı ilin yanvar ayının Azərbaycan xalqının müqəddəratı üçün əhəmiyyətli ay olduğunu bu gün əminliklə deyə bilərik. Totalitar rejimin, mürəkkəb dövrün astanasında Azərbaycan xalqının vəhdətini və birliyini təmin edən, heç nədən qorxmayaraq özünün Azərbaycana bağlılığını bir daha nümayiş etdirən, o zaman Sovet İttifaqı Kommunist Partiyasının üzvü olan Ulu Öndər Heydər Əliyev 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi və qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edərək Azərbaycan xalqını birliyə səslədi. O, oyanmış və öz taleyinə sahib çıxmaqda qərarlı olan xalqımıza rəhbərliyikönüllü olaraq öz üzərinə götürdü.
Ulu Öndər Sovetlər Birliyinin süquta uğradığını, Kommunist Partiyasının üzərinə götürdüyü öhdəlikləri artıq yerinə yetirə bilmədiyini,nüfuzdan, gözdən düşərək artıq insanlar tərəfindən qəbul olunmadığını cəsarətlə bildirərək Azərbaycan xalqının birliyinin təmin olunması və onun gələcək taleyi ilə bağlı vacib məsələləri bir müdrik lider olaraq öz üzərinə götürdüyünü məsuliyyətlə bəyan etdi.
O zamanlar bu proseslərə qiymət vermək, münasibət bildirmək həddindən artıq qorxulu məsələ idi. Bu cür cəsarətli, məsuliyyətli addımı atan lider öz əməli ilə xalqı naminə canından belə keçməyə hazır olduğunu nümayiş etdirdi.
20 Yanvar – Azərbaycan xalqının qan yaddaşı, eyni zamanda milli oyanış tarixidir. Dəfələrlə müxtəlif mənbələrdə qeyd olunan və geniş araşdırılan bu tarixillər keçsə də Azərbaycan xalqının dostu və düşmənini tanıması üçün istinad edə biləcəyi bir tarix olaraq qalacaq.
Ölkəmizin ictimai-siyasi həyatına 20 Yanvar faciəsi kimi daxil olmuş bu günün xalqımızın milli yaddaş fəlsəfəsi, milli özünüdərk prosesində özünəməxsus yeri vardır. Tariximizdə bir sıra hadisələr vardır ki, bunlar xalqımızın milli mənlik şüurunda, həmçinin azərbaycançılıq ideologiyası təfəkküründə dərin və əbədi iz qoymuşdur.
Azərbaycan xalqı 1990-ci ilin yanvar ayında televiziya ekranlarında öz həmvətənlilərinin nə cür qəddarlığa məruz qalmasına dəhşətli şəkildə şahidlik etdi. Ümumilikdə Respublikada 147 nəfərin öldürülməsi, 744 nəfərin yaralanması, 841 nəfərin qanunsuz həbs olunması, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət və şəxsi əmlakların məhv edilməsi ilə nəticələnən Qanlı Yanvar hadisəsi Azərbaycan xalqına qarşı törədilmiş ən ağır hərbi cinayətlərdən birinə çevrildi.
Faciədən sonra Azərbaycanda milli azadlıq hərəkatı dönməz xarakter aldı və xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanın yaranmasında gördü. Baş vermiş hadisələrdən sonra dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.
Hesab edirəm ki, 20 Yanvar Azərbaycan xalqının 1991-ci ildə rəsmi olaraq müstəqilliyi əldə etməsi üçün qanla yazılmış bir tarixdir.
“Heydər Əliyev İli”nin elan olunduğu 2023-cü ildə tarixə nəzər yetirərkən Ulu Öndərin müasir Azərbaycanıninkişafı naminə əzmkar fəaliyyətini,heç nədən qorxmayaraqvaxtında şəraitə uyğunağıllıqərarlarqəbul etdiyini,habelə həmin ağır günlərdə Moskvada cəsarətli çıxışı ilə xalqın birliyinə nail olmasını,beləliklə 20 Yanvar gününün Azərbaycan xalqının milli oyanışı üçün nə qədər təsirli olduğunuxüsusi qeyd etməmək mümkün deyildir.
Baş verən hadisələrdən artıq 33 il keçmiş və bu gün fəxarətlə deyə bilərik ki, Azərbaycan xalqı müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən bütün qəhrəman övladlarının qanınıyerdə qoymadı. 2020-ci ildə Ümumilli Lider Heydər Əliyevin layiqli və uğurlu davamçısı olan Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin dəmir yumruq kimiformalaşdırdığıAzərbaycan xalqıİkinci Qarabağ-Vətən Müharibəsində möhtəşəm Zəfərimizi təmin edərəkmüstəqilliyimizin əbədi olduğunu bütün dünyaya bir daha bəyan etdi və bu gün də, “Heydər Əliyev İli”ndə biz çoxəsrlik Azərbaycan tarixinin şanlı səhifələrini qürurla yaşamaqdayıq.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR