Azərbaycan Texniki Universitetinin dosenti, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Olimpiya dərəcəli beynəlxalq hakim
Nizami Məhəmmədəli oğlu Əhmədzadənin vəfatı böyük hüzn və kədər hissi ilə qarşılanıb.
Ömrünün mühüm hissəsini elmə, təhsilə və idmana həsr edən Nizami müəllim uzun illər ərzində pedaqoji fəaliyyəti, zəngin biliyi və peşəkarlığı ilə seçilib. Onun yetişdirdiyi tələbələr, idman sahəsində qazandığı nüfuz və insanlarla qurduğu səmimi münasibətlər Nizami müəllimin xatirəsini yaşadacaq ən dəyərli mənəvi irsdir.
Mərhumun
yeznəsi Hacı Bəxtiyar, qohumları və qonşuları, eləcə də
Qanuninfo.az saytının rəhbərliyi və kollektivi Nizami Əhmədzadənin vəfatından dərin kədər hissi keçirdiklərini bildirir, mərhumun ailəsinə, doğmalarına, yaxınlarına, həmkarlarına və onu tanıyan hər kəsə
dərin hüznlə başsağlığı verirlər.
Allah Nizami müəllimə rəhmət eləsin, məkanı cənnət, ruhu şad olsun. Uca Allah ailəsinə və bütün doğmalarına səbir versin.Nizami müəllimin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.