sonnoqte.az
Xəbər başlıqları
  • 09:13 – Azərbaycan prezidenti dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə edildi 
  • 10:20 – Prezident XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir - Yenilənib 
  • 09:40 – Prezident: Təhlükəsizlik, sabitlik bir nömrəli məsələ kimi qalmalıdır 
  • 09:37 – Prezident İlham Əliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi aparıcı beynəlxalq təsisatlardan biridir 

Manqal Kafe Restoran – Kabab Ləzzətinin və Ailəvi İstirahətin Ünvanı

Bu gün, 13:03 31 dəfə baxılıb







Naxçıvan şəhərində yerləşən Manqal Kafe Restoran ləzzətli kababları və səmimi ailəvi mühiti ilə qonaqların sevimli məkanlarından biridir. Burada hər bir qonağa xüsusi diqqət göstərilir və hər süfrə yüksək xidmətlə təqdim olunur. Ailə üzvləri, dostlar və yaxınlarla birlikdə xoş vaxt keçirmək üçün bu məkan ideal seçim hesab olunur.

Manqal Kafe Restoranın əsas fərqləndirici xüsusiyyəti isə onun məşhur kabablarıdır. Təzə və keyfiyyətli məhsullardan hazırlanaraq manqalda bişirilən kabablar öz xüsusi dadı ilə qonaqları heyran edir. Bu səbəbdən restoran qısa zamanda kabab sevənlərin ən çox üz tutduğu məkanlardan birinə çevrilib.

Restoranın menyusunda müxtəlif növ kabablar yer alır. Xüsusilə çöp şiş kababları və lülə kababları qonaqlar tərəfindən böyük maraqla qarşılanır. Hər bir kabab ustalıqla hazırlanır və süfrəyə isti-isti təqdim olunur.

Manqal Kafe Restoranda təqdim olunan toyuq kababı isə öz xüsusi dadı ilə seçilir. İstəyə uyğun olaraq bu ləzzətli kabab plov ilə birlikdə servis olunur və qonaqlara daha zəngin süfrə təqdim edilir. Bu isə ailəvi nahar və şam yeməklərini daha da xüsusi edir.

Restoranın fərqli təkliflərindən biri də lahmacun arası adana kababdır. Qonaqlar bu yeməyi istəyə görə lülə kababla da əvəz edə bilərlər. Bu özünəməxsus təqdimat kabab sevənlər üçün yeni və maraqlı dad təcrübəsi yaradır.

Menyuda həmçinin müxtəlif dəniz məhsulları da təqdim olunur. Xüsusilə Susi burrito qarışıq dəniz məhsulları yeməyi qonaqlar tərəfindən böyük maraqla qarşılanır. Dəniz məhsullarını sevməyənlər üçün isə bu yemək toyuq ilə hazırlanaraq təqdim edilir.

Manqal Kafe Restoran ənənəvi milli təamları ilə də seçilir. Şirdan, mumbar, işkənbə dolması kimi ləzzətli yeməklər milli mətbəxin sevənləri üçün xüsusi olaraq hazırlanır və qonaqlara təqdim olunur.

Restoranda təqdim olunan bütün yeməklər təzə və keyfiyyətli məhsullardan hazırlanır. Təmizlik və gigiyena qaydalarına ciddi şəkildə əməl olunur. Bu isə qonaqlara həm dadlı, həm də sağlam qidalanma imkanı yaradır.

Məkanın ailəvi və səmimi mühiti qonaqların rahat istirahəti üçün xüsusi olaraq hazırlanıb. Burada keçirilən hər görüş və hər süfrə xoş xatirələrə çevrilir.

Manqal Kafe Restoran üçün müştəri məmnuniyyəti əsas prinsiplərdən biridir. Gülərüz və diqqətli personal hər qonağın rahatlığı üçün çalışır və yüksək xidmət göstərir.

Restoranda sıxlıq olduğu üçün qonaqlara gəlməzdən əvvəl masa rezerv etmələri tövsiyə olunur. Bu, rahat və problemsiz xidmət almaq üçün önəmli hesab olunur.










Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO