
İndi oxudum, guya Güney Azərbaycan ədəbiyyatı adına 183 yazıçı, şair imza toplayıb, deyib ki, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin müdiri, yazıçı, alim Sayman Aruz bizi təmsil edə bilməz. Mənə maraqlı gəldi ki, bu adamlar kimdir? İmzalara baxdım, araşdırdım, gördüm ki, hamısı, 99 faizi ya saxta imzalardır, ya da kafe səviyyəsində küçə adamlarıdır. Hansı ki, deyilənlərə görə, bu adamlar İran Ettelaatına xidmət edən adamlardır, onların Azərbaycandakı qolları da hamıya məlumdur...
Sayman Aruz isə böyük alimdir, şairdir, tarixi şəxsiyyətdir. Onun o taylı, bu taylı Azərbaycanın, vətənimizin ədəbi-ictimai və siyasi birliyinə etdiyi xidmətlər isə göz önündədir. Təbii ki, Sayman Aruz bu adamları təmsil edə bilməz, çünki Sayman Aruz Məhəmməd Hüseyn Şəhriyarı, Buludu, Saidini təmsil edə bilər, sözü təmsil edə bilər, haqq-ədaləti təmsil edə bilər, hansısa kafe adamlarını yox.
Mən buradan, Bakının göbəyindən o 183 nəfərə səslənirəm, ey qafillər, ey gədalar, içinizdən bir nəfər çıxsın Sayman Aruzun "Yüz il inqilab" romanı boyda bir roman qoysun ortaya, "Praktik irfan nəzəriyyəsi" boyda ədəbi, elmi kitabı, onlarla hekayə, şeir və qəzəli qoysun ortaya. Onun "Körpü" proqramında göstərdiyi xidmətin tayını qoysun ortaya. Yox, əgər qoya bilməsəniz, mən sizin 183-də şəninə təriflər yağdıracam, adınıza elmi gəraylılar qoşub, bayatılar bəstələyəcəm. Vaxt getdi....
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.