Xidmətlə yoğrulan ömür – Vüsal Muxtarovun kənd idarəçiliyində nümunəvi fəaliyyəti
Saatlı rayonunun geniş və strateji əhəmiyyət daşıyan kəndlərindən biri olan Qıraqlı, bu gün özünün nizam-intizamı, abadlığı və sosial dinamikası ilə fərqlənir. Bu inkişafda əsas pay sahibi olan şəxslərdən biri də Qıraqlı kənd inzibati ərazisinin icra nümayəndəsi Vüsal Muxtarovdur – idarəçilikdə prinsipiallığı, vətəndaşlarla səmimi münasibəti və dövlətə sədaqətli fəaliyyəti ilə tanınan bir dövlət qulluqçusu.
Vüsal Muxtarov uzun illər ərzində dövlət qulluğunda topladığı zəngin təcrübə və idarəçilik bacarığı ilə Qıraqlı kəndinin sosial-iqtisadi inkişafına mühüm töhfələr verib. O, kəndin problemlərini daim diqqət mərkəzində saxlayır, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşır və insanların gündəlik həyat şəraitinin yaxşılaşdırılması üçün ardıcıl addımlar atır.
Vüsal müəllimin rəhbərliyi dövründə Qıraqlı kəndində bir sıra abadlıq və infrastruktur layihələri həyata keçirilib. Yol və içməli su təchizatı məsələləri, elektrik xətlərinin yenilənməsi, məhəllə işıqlarının bərpası, ictimai yerlərin abadlaşdırılması və kənd təsərrüfatına dəstək məqsədilə həyata keçirilən layihələr onun fəaliyyətində xüsusi yer tutur.
Onun idarəçiliyində fərqləndirici cəhətlərdən biri vətəndaşlarla mütəmadi və açıq ünsiyyət qurmasıdır. Vüsal Muxtarov hər zaman kənd sakinlərinin içində olub, onların problemlərini dinləyib, həlli yollarını birbaşa sahədə araşdırır. Vətəndaş məmnuniyyəti onun üçün əsas göstəricidir və bu prinsip əsasında çalışır.
Vüsal Muxtarov, eyni zamanda, dövlət başçısı cənab İlham Əliyevin yerli icra strukturlarına verdiyi tapşırıqları yüksək məsuliyyətlə icra edir. Onun fəaliyyəti Prezidentin regionların sosial-iqtisadi inkişafı, şəhid ailələri və müharibə iştirakçılarına qayğı, kənd təsərrüfatının gücləndirilməsi və əhalinin rifah halının artırılması ilə bağlı strategiyasına tam uyğun olaraq həyata keçirilir. O, bu ideologiyanı yerli səviyyədə uğurla tətbiq etməyi bacaran nümunəvi icra nümayəndələrindən biridir.
Qeyd edilməlidir ki, Vüsal Muxtarov şəhid ailələri və qazilərə xüsusi qayğı ilə yanaşan bir idarəçidir. Onun təşəbbüsü ilə kənddə bu ailələrin sosial müdafiəsi daim diqqətdə saxlanılır, onların sağlamlıq, məşğulluq və mənzil şəraitinə dair məsələləri həll edilməyə çalışılır. O, bu ailələrə yalnız bir vətəndaş olaraq deyil, bir övlad, bir qardaş münasibəti ilə yanaşır. Onun bu insani münasibəti Qıraqlıda və ətraf kəndlərdə dərin rəğbətlə qarşılanır.
Qıraqlı kəndinin ictimai həyatında aktiv rolu ilə seçilən Vüsal Muxtarov gənclərin və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsi üçün də müxtəlif tədbirlər təşkil edir, kənd məktəbləri və müəllim heyəti ilə sıx əməkdaşlıq şəraitində çalışır. O, kəndin gələcəyi olan gənc nəslin inkişafına xüsusi önəm verir.
Bu gün Qıraqlı kəndində adının çəkilməsi insanlarda güvən, səmimiyyət və idarəçilik nümunəsi ilə assosiasiya olunan Vüsal Muxtarov, dövlətə və xalqa sadiq fəaliyyəti ilə kəndin dinamik və dayanıqlı inkişafını təmin edən əsas simalardan biridir.