Ramin Dədəyev: Xidmət və Xeyirxahlıq Simvolu
7-12-2024, 15:35
64 dəfə baxılıb

Astara rayonunun Siyaku kəndində vətəndaşların ehtiramla yad etdiyi bir lider var – Siyaku Kənd Bələdiyyəsinin sədri Ramin Dədəyev. Onun rəhbərliyi altında həyata keçirilən işlər yalnız kəndin inkişafına deyil, həm də insanların rifahına əhəmiyyətli təsir göstərmişdir. Səmimiyyəti, çalışqanlığı və xeyirxah əməlləri ilə Ramin Dədəyev, hər bir Siyaku sakininin etimadını qazanmışdır.
Ramin Dədəyev rəhbər kimi kəndin inkişafına yönəlmiş bir çox layihələrə imza atmışdır. İnfrastrukturun müasirləşdirilməsi, yolların yenilənməsi, su və elektrik təchizatının yaxşılaşdırılması kimi mühüm işlər onun rəhbərliyi dövründə həyata keçirilmişdir. Siyaku kəndində həyata keçirilən bu işlər Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına dair verdiyi tapşırıqlara uyğun şəkildə şərəflə icra olunur.
Ramin Dədəyev yalnız icraçı rəhbər deyil, eyni zamanda şəhid ailələrinə və qazilərə böyük diqqət göstərən xeyirxah insandır. Onun təşəbbüsü ilə kənddə şəhid ailələri və qazilərin ehtiyaclarının ödənilməsi üçün müxtəlif layihələr həyata keçirilmişdir. Həm mənəvi, həm də maddi dəstək göstərərək, onların hər zaman yanında olduğunu sübut etmişdir. Bu addımlar, xalqın qəhrəmanlarına olan sevgi və ehtiramın ən gözəl nümunəsidir.
Ramin Dədəyev, gördüyü işlərlə vətəndaşların rəğbətini qazanaraq Siyaku kəndində bələdiyyə işlərinin ən yüksək standartlara uyğun şəkildə icra olunduğunu sübut etmişdir. Qarşıdan gələn bələdiyyə seçkilərində də onun bu sədaqətli fəaliyyəti və vətəndaşlara göstərdiyi xidmətlər layiq olduğu dəstəyi alacaqdır.
Ümummilli lider Heydər Əliyevin irsi və Prezident İlham Əliyevin rəhbərliyi altında regionların inkişafına ayrılan diqqət Siyaku kəndində də hiss olunur. Ramin Dədəyev bu siyasəti kənd sakinlərinə çatdıran, xalqın ehtiyaclarını dövlətin diqqət mərkəzinə yönləndirən fədakar liderlərdən biridir.
Ramin Dədəyev, xalqa xidmət etməyi həyat amalı seçən, hər addımında vətəndaşların xeyrinə çalışan bir bələdiyyə sədri kimi həm kənd sakinlərinin, həm də bütövlükdə Astaralıların qürur mənbəyidir. Ona gələcək fəaliyyətində və seçkilərdə uğurlar arzulayırıq!

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR