sonnoqte.az
Xəbər başlıqları
  • 09:08 – İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanlayıb 
  • 19:45 – Prezident 3 rayona icra başçısı təyin etdi 
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 10:02 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında olub 

Müşfiq Sadıqov: Milli inkişaf modeli

5-09-2024, 11:24 472 dəfə baxılıb

Anar Cəfərov: “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi”

Tam səmimiyyətlə demək istəyirik ki, Şəki regional imtahan-qeydiyyat və texniki baxış şöbəsinin rəisi polis polkovnik-leytenantı Müşfiq Sadıqovun bizim müdafiəmizə ehtiyacı yoxdur. Sadəcə, Müşfiq Sadıqovun barəsində şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Əslində bu yazılarda həqiqət yükü olmadığına görə hec ona reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar.

Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan ici tökürlər? Nala-mıxa vurub onun gördüyü işləri sanki yaddan çıxarırlar. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Utanın cənablar, utanın!

Şəki regional imtahan-qeydiyyat və texniki baxış şöbəsinin rəisi polis polkovnik-leytenantı Müşfiq Sadıqov  - Ümummilli Lider Heydər Əliyev bütün ömrünü müstəqil Azərbaycan dövlətini qurmağa və gücləndirməyə, hər bir vətəndaşın firavan, xoşbəxt həyat sürməsinə həsr etmişdir. Bütün çətinliklərə, hətta dəfələrlə həyatı təhlükədə olmasına baxmayaraq Heydər Əliyev bu müqəddəs amaldan geri çəkilmədi.
1990-cı il iyulun 20-də Bakıya, iki gün sonra doğma yurdu olan Naxçıvana dönən Ulu Öndər Heydər Əliyevi Naxçıvan əhalisi böyük sevinc və çoşqu ilə qarşıladı. O vaxtlar çətin vəziyyətdə olan Naxçıvan əhalisi başa düşürdü ki, onları bu ağır vəziyyətdən yalnız dahi şəxsiyyət Heydər Əliyev xilas edə bilər.
30 sentyabr 1990-cı il tarixində Heydər Əliyev Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetinə deputat seçildi. Bu, Ulu Öndərin yenidən Azərbaycanda siyasi fəaliyyətinin başlanğıcı oldu. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Soveti üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olması barədə qərar qəbul etdi. Qərarda Azərbaycanın qanunvericilik orqanına 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi dövlət rəmzlərinin - bayraq, gerb və himnin Azərbaycanın milli atributları kimi qəbul edilməsi təklif edildi. Həmçinin sessiyada Naxçıvan MSSR-in adından “Sovet” və “Sosialist” sözlərinin çıxarılması barədə qərarın qəbul edilməsi təklifi Heydər Əliyev tərəfindən irəli sürülmüşdür.
Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü bütün təkliflər məhz müstəqil Azərbaycan dövlətinin yaranmasına xidmət edirdi. Naxçıvan Muxtar Respublikası Ali Soveti 1990-cı il 20 yanvar hadisələrinə də siyasi qiymət verdi və bu hadisədə SSRİ rəhbərliyi ilə yanaşı, respublika rəhbərləri Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibovun da günahkar olduqları qeyd edildi.
Heydər Əliyevin Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də açılış sessiyasındakı çıxışı xalq tərəfindən böyük böyük ruh yüksəkliyi ilə qarşılandı. Ulu Öndər respublikadakı mövcud siyasi vəziyyəti ətraflı təhlil etdi, Qarabağ prblemində SSRİ rəhbərliyi ilə yanaşı, Azərbaycan rəhbərliyinin də ciddi nöqsanlara yol verdiyini, eləcə də təcavüzkar Ermənistanla birlikdə mübarizə aparmağın vacib olduğunu qeyd etdi. Həmin sessiyada dövlətin adının dəyişdirilərək Azərbaycan Respublikası adlandırılması və Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının  dövlət bayrağı təsdiq olunmasında məzh Dahi Lider Heydər Əliyevin böyük rolu olmuşdur.  Heydər Əliyevin 1991-ci il iyulun 19-da SSRİ Nazirlər Soveti partiya təşkilatına Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin Konstitusiyaya zidd olaraq pozulması, Ermənistanın Azərbaycana qarşı elan edilməmiş müharibə aparması səbəbindən partiya sıralarından çıxması barədə yazdığı ərizə xalq tərəfindən böyük rəğbətlə qarşılandı. 
1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması ilə bağlı tarixi çıxış etdi.  Bunun nəticəsində sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında” Bəyannamə qəbul edildi. 1991-ci il oktyabrın 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edildi.
1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi və qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini oldu. Bundan sonra dahi şəxsiyyətin Azərbaycanın siyasi həyatında böyük işlər görməsinə şərait yarandı. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımlar atılmasına səbəb oldu. Ulu Öndər hakimiyyətə gəldikdən sonra dövlətçilik konsepsiyası hazırlandı, iqtisadiyyatımız yeni mərhələyə qədəm qoyaraq sürətlə dirçəlməyə başladı. Azərbaycanda demokratiya, mətbuat və söz azadlığı bərqərar oldu, tolerantlıq, multikulturalizmin əsası qoyuldu. Dahi siyasətçi Heydər Əliyev Azərbaycanda dövlətçilik prinsiplərinin əsasını qoydu, sosial, siyasi sabitliyin təməlini formalaşdırdı. Bu gün də Azərbaycan Ulu Öndərin siyasi kursu ilə inamla irəliləyir və dünyada böyük nüfuz sahibinə çevrilərək yeni uğurlara imza atır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO