Tam səmimiyyətlə demək istəyirik ki, “1000 BƏRƏKƏT HALAL NEMƏT” ət və ət məhsulları kollektivinin və rəhbərliyin bizim müdafiəmizə ehtiyacı yoxdur. Sadəcə, şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Əslində bu yazılarda həqiqət yükü olmadığına görə hec ona reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar.
Ənənəvi reseptlərlə, ən müasir avadanlıqlarda, ən yaxşı xammaldan istifadə olunmaqla hazırlanır. Dadı damağınızda qalacaq! “1000 BƏRƏKƏT HALAL NEMƏT” ət və ət məhsulları – ənənəvi reseptlərlə, ən müasir avadanlıqlarda, ən yaxşı xammaldan istifadə olunmaqla hazırlanır. Dadı damağınızda qalacaq!
2009-cu ildə Xırdalan yaxınlığında iki istehsal xətti olan, ətin emalından, kolbasa və delikateslərin buraxılmasından tutmuş konkret istehlakçının sifarişinə uyğun hazır məhsulun yüklənməsinə qədər bütün emal prosesini müstəqil həyata keçirən tamamilə yeni müəssisə tikildi.
Avstriyanın aparıcı istehsalçısı «SCHALLER» texnoloji kompleksinə əsaslanan, gigiyenanın ən yüksək tələblərini və ciddi laboratoriya ekspertizasını özündə ehtiva edən «Sahliyali» haqlı olaraq bazarın liderinə çevrildi. Şirkətin bütün aparıcı mütəxəssisləri Avropada tam təkrar hazırlıq keçdilər və şirkətin tarixində yeni səhifə yazmağa tam hazır idilər. Məhsullar tam rebrendinqə məruz qaldılar, malların qablaşdırılması dizaynını dəyişməklə bərabər, dad keyfiyyəti nəzərə çarpacaq dərəcədə yaxşılaşdırıldı.
İstehsalın hər bir mərhələsində sanitar-gigiyenik tələblərə ciddi nəzarət olunur. Ət kombinatında olan bütün avadanlığın və istehsal otaqlarının gündəlik sterilizasiya emalı yüksək Avropa standartlarına uyğundur. Bu işdə polimer materialların və örtüklərin istifadəsi nəzərə çarpan effekt verir. İşə başlamazdan əvvəl bütün istehsal xəttləri qüvvədə olan normalara müvafiq olaraq tam sanitar emaldan keçirilir.
«Sahliyali» şirkəti fəaliyyətə 1996-cı ildə Azərbaycan bazarında iri ət təchizatçısı kimi başlayıb. Növbəti üç il ərzində şirkətin əsasında ət məhsulları çeşidi bir neçə kolbasa növü ilə təqdim olunan ilk kolbasa sexi yaradıldı. İlk növbədə kolbasa məmulatlarının keyfiyyətinə və nadirliyinə diqqət yetirilirdi.
İllər keçdikcə bazar inkişaf etdi, istehsal olunan ət məmulatlarının çeşidi genişləndi, şirkətin məhsulları istehlakçılarda etibar qazandı. Şirkətə daim inkişaf tələb olunurdu, lakin köhnəlmiş texnologiyalarla buna nail olmaq çox çətin idi. Buna görə həmin dövrdə şirkət rəhbərliyi avadanlığın modernləşdirilməsini və məhsulun keyfiyyətinin yaxşılaşdırılmasını əsas prioritet kimi müəyyən etdi.
Bütün məhsullarımızı daha münasib qiymətlərlə 'Səhliyalı' firma mağazasından əldə edə bilərsiniz.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: