sonnoqte.az
Xəbər başlıqları
  • 19:54 – İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi 
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 10:54 – Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR 
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 

İstanbulda türk dövlətləri ilə bağlı tarixi qərarlara imza atılacaq - AÇIQLAMA

12-11-2021, 10:35 190 dəfə baxılıb

İstanbulda türk dövlətləri ilə bağlı tarixi qərarlara imza atılacaq - AÇIQLAMA


"Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Türk Dövlətləri Təşkilatına çevriləcək".
Türkiyənin Xarici işlər naziri Çavuşoğlu bu gün keçiriləcək Türk Şurası Dövlət Başçılarının 8-ci Zirvə Toplantısında tarixi qərarların veriləcəyini bəyan edib.

“Addım-addım Türk Birliyinə… Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) adı  dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olacaq”, - o bildirib.

Çavuşoğlu Türk Şurası Xarici İşlər Nazirləri Toplantısında deyib ki, türk dünyasının birgə təşkilatı artıq qlobal brendə çevrilib: “Bu nailiyyət hamımızındır. İndi biz də dəyişən dünyaya uyğunlaşmaq üçün əhəmiyyətli bir çevrilmədəyik. Bir ağacda bəslənən fərqli budaqlarıq, amma köklərimiz eynidir. Köklərimizi unutmadan birliyimizi dərinləşdirib, beynəlxalq gücümüzü artıracağıq”.

Çavuşoğlu ata-baba yurdu kimi xarakterizə etdiyi Asiyanın dünya siyasətinin ağırlıq mərkəzinə çevrildiyini, Türk Şurasının əhəmiyyətinin və məsuliyyətinin artdığını vurğulayıb. Bu gün keçiriləcək Türk Şurası Dövlət Başçılarının 8-ci Zirvə Toplantısında tarixi qərarların veriləcəyini deyən XİN başçısı sözlərinə belə davam edib:

"İlk növbədə, qardaş Türkmənistan müşahidəçi qismində təşkilata üzv olacaq. İkincisi, təşkilatın adı dəyişərək “Türk Dövlətləri Təşkilatı” olacaq. Artıq bunun vaxtı gəlib çatıb. Üçüncüsü, Ağsaqqallar Şurasının yenidən işlənmiş nizamnaməsi qəbul ediləcək. Ortaq mədəniyyətimizdə əcdad sözü hər zaman çətinliyə düşəndə bizə yol göstərib. Ağsaqqallarımız təcrübələri ilə yolumuzu işıqlandıracaq”.

Çavuşoğlu onu da əlavə edib ki, Zirvə görüşündə “Türk Dünyası 2040 Baxışını” haqqında sənəd qəbul ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO