sonnoqte.az
Xəbər başlıqları
  • 11:02 – Prezidentdən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə ilə bağlı SƏRƏNCAM 
  • 15:51 – Rüstəm Xəlilov Salyanın icra başçısı təyin olundu 
  • 12:24 – Prezident Əlcəzairin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB 
  • 09:33 – Prezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu - YENİLƏNİB 

Bu gün İstanbulda Türk Şurasının Zirvə toplantısı keçiriləcək

12-11-2021, 09:11 221 dəfə baxılıb

Bu gün İstanbulda Türk Şurasının Zirvə toplantısı keçiriləcək


Bu gün İstanbulda Türk Şurası ölkələrinin VIII Zirvə toplantısı keçiriləcək.

“İclasda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezident Kasım-Jomart Tokayev, Qırğız Respublikası Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov, Macarıstanın Baş naziri Viktor Orban və Türk Şurasının Baş katibi Bağdat Amreyevin iştirak edəcəyi gözlənilir.

“Elektron dövrdə "Yaşıl texnologiyalar" və Ağıllı şəhərlər” mövzusunda təşkil olunan toplantıda liderlər bir çox mühüm məqamları, o cümlədən təşkilatın gələcəyini müəyyənləşdirən məsələləri müzakirə edəcəklər.

Tarixi zirvədə Türkmənistanın müşahidəçi olaraq təşkilata qoşulması, üçüncü ölkələr və qurumlarla əlaqələrin müəyyənləşməsi, təşkilatın gələcəyi ilə bağlı qərarların qəbul edilməsi gözlənilir.

Eyni zamanda, liderlər iclasda regional və beynəlxalq iqtisadi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.

Zirvə toplantısında sədrlik Azərbaycandan Türkiyəyə keçəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO