sonnoqte.az
Xəbər başlıqları
  • 09:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 
  • 10:21 – Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO 

Rafael Mehrəliyev: Qardaşlığın növbəti əsrarəngiz sübutu

3-06-2021, 11:31 520 dəfə baxılıb



Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehrəliyev -  Müsəlman Şərqinin ən yaşlı Cümhuriyyətini ən layiqli halda təqdir və təbrik edən qan qardaşımız olmalıydı və oldu da. Möhtəşəm İstanbul körpüləri üç rəngli bayrağa boyandı. Ən fərqli təbrik sözsüz ki, böyük qardaşımızdan oldu, bu heç də təəcüblü olmamalıdı. Əvvəlki məqaləmdə toxunduğum tarixi keçmişimizdəki dostluğumuzu şərh etməyəcəm, bu dəfə artıq gələcək “Dostluq tarixi”mizi qısa olaraq çizmək istərdim. Tarixi keçmişdə dostluğumuzu dəfələrlə sübut etdik, indi isə növbə gələcək nəsillərdədi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilmiş VII Zirvə Görüşündə Ulu əcdadımız Dədə Qorqudun dediyi kimi, “Yaxşı dost yaxşı gündə çağırılanda, pis gündə isə çağırılmadan gələndir”.

İlk öncə təhsil sahəsinə nəzər salsaq görəcəyik ki, Türk xalqları tarixinə dair yaxın zamanlarda görülən tədbirlər nəticəsində artıq Böyük Türküstan tarixi məktəblilərə yeni formatda tədris olunacaq. Və bu o deməkdir ki, gələcək nəsillər soy köklərini, qardaş birliyini özündə əks etdirən tarixlərini mənimsəyərək gələcək təməllərdə mühüm addımlar ata bilərlər. Necə ki, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında yeni dünya düzənində Türk Dünyasının inteqrasiyasının əsas istiqamətlərini sadalamışdır.“… Bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.”

Qardaşlığın növbəti əsrarəngiz sübutu.

Biz ölkələrimizə xaricdən turistlərin cəlb edilməsi və ölkələrimiz arasında turist axınını təşviq etmək üçün səylərimizi artırmalıyıq. Turizm müasir dünyanın ən ön iqtisadi gəlir mənbəyi hesab olunur və xalqlar arasında mədəni əlaqələrin inteqrasiyasına müsbət təsir göstərir. Biz türk xalqları olaraq turizm sektorunda qarşılıqlı reklam işləri aparmalı, cəmiyyət daxilində bu sahədə təbliğatı artırmalı və beləliklə xalq arasında deyildiyi kimi, “həm ziyarət, həm ticarət” etmiş oluruq.

Bildiyiniz kimi, yaxın keçmişə qədər Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşlərinin yekun bəyanatlarında da dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək davamlı olaraq təsbit edilmişdir. Tarix bizlərə dərs verirdən ilhamlanaraq gələcək nəsillər də, Türkiyə-Azərbaycan və ümumilikdə Türk Cümhuriyyətlərində baş verə biləcək hər hansı bir münaqişədə qardaş birliyi təcəssüm etdirmələri gözləniləndir.

Görünən odur ki, Böyük Turan ideyasının reallaşması üçün əsas addımlar atılır. Yəni Türk dövlətlərinin iqtisadi gücü birləşdirilir. İqtisadi imkanların birləşdirilməsi isə dünyanın iqtisadi-siyasi mənzərəsini dəyişə bilər. Tək bir faktı deyim ki, bu birlik yaranacağı təqdirdə dünyanın bir nömrəli ehtiyac duyduğu neft-qaz ehtiyatlarına malik nəhəng bir güc ortaya çıxacaq. Bu gücün qarşısında isə nə Ərəb Liqası, nə Avropa, nə ABŞ, nə də ki, Rusiya dayana bilər. Hələ mən digər iqtisadi potensialları demirəm. 21-ci əsr Türk dünyasının əsri olacağına artıq əminlik yaranıb.

Böyük Hun xaqanlığı, Göktürk xaqanlığı, Səlcuq, Qızıl Orda xaqanlıqları və digərləri öz hakimiyyətləri altında türk xalqlarının böyük bir hissəsini birləşdirmiş, türk xalqlarını dünyaya hakim və yaradıcı soy kimi tanıtmışlar. Necə ki, bu gün qarşılıqlı sürətdə Türkiyə və Azərbaycan prezidentlərinin səfərləri zamanı bir-birlərinə olan səmimi və fərqli münasibətlər dəfələrlə görülməkdədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO