sonnoqte.az
Xəbər başlıqları
  • 10:13 – Prezident Natiq Qasımovla bağlı paylaşım etdi - FOTO 
  • 20:58 – Prezident İlham Əliyev hərbi qulluqçuları təltif edib 
  • 14:26 – Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM 
  • 14:26 – Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM 

Komendant postunu icazəsiz keçmək istəyən şəxs polisə xəsarət yetirib

4-05-2021, 14:42 187 dəfə baxılıb

Komendant postunu icazəsiz keçmək istəyən şəxs polisə xəsarət yetirib


Aprelin 30-da saat 12 radələrində Tərtər rayonu, Qaradağlı kəndi ərazisində Tərtər Rayon Polis Şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə  Tərtər Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, Mənsim Aslanov rayonun Qaradağlı kəndi ərazisində yerləşən komendant postundan icazəsiz olaraq keçməyə cəhd edərkən həmin postda xidməti vəzifəsini icra edən polis əməkdaşı Şəhriyar İsayevin qanuni tələblərinə tabe olmayaraq idarə etdiyi “Volqa QAZ-31029” markalı avtomobili sonuncunun üzərinə sürüb vuraraq dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO