sonnoqte.az
Xəbər başlıqları
  • 12:18 – İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB 
  • 08:14 – Azərbaycan Polisi 106 yaşında - VİDEO 
  • 10:13 – Prezident Natiq Qasımovla bağlı paylaşım etdi - FOTO 
  • 08:16 – Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib 

İcra nümayəndələri müğənnini öldürtmək üçün qatil tutublar

23-04-2021, 10:00 246 dəfə baxılıb

İcra nümayəndələri müğənnini öldürtmək üçün qatil tutublar


Cəlilabad rayonunda müğənninin öldürülməsinə görə Türkiyə vətəndaşı da həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, aprelin 19-da rayonun Fərzili kənd sakini Samrad Abdullayev polisə müraciət edərək atası Əflatun Abdullayevin aprelin 18-dən itkin düşdüyünü bildirib.

Axtarış nəticəsində Ə.Abdullayevə məxsus “Mercedes” markalı avtomobil Salyan rayonu, Noxudlu kəndi ərazisində fermaların yaxınlığında tapılıb. Maşının içində qan izləri aşkarlanıb. Daha sonra Ə.Abdullayevin öldürülərək Sabirabad rayonunda kanala atıldığı məlum olub.

İstintaq müəyyən edib ki, Ə.Abdullayev rayonun Təklə kənd icra nümayəndəsi Famil Mahmudova külli mqidarda pulu sələmə verib. Daha sonra F.Mahmudov rayonun Seyidbazar kənd icra nümayəndəsi Zeydulla İsmayılovla birgə Əflatub Abdullayevi öldürmək planı qurublar.

Onlar bu məqsədlə Bakıda yaşayan Türkiyə vətəndaşı, 1980-ci il təvəllüdlü Kürtoğlu Mehmet Ali ilə anlaşıblar. Razılığa görə, icra nümayəndələri M.Kürtoğluna 20 min dollar verəcəklər, o da Cəlilabad rayonuna gələrək Əflatub Abdullayevi öldürüb gizlincə geri qayıdacaqmış. Lakin bu plan baş tutmayıb.

Borcun qaytarılması üçün Təklə kənd icra nümayəndəliyinin ofisində görüşüblər. Mübahisə zamanı M.Kürtoğlu Əflatun Abdullayevi boğub, icra nümayəndələri isə onu “lom”la vuraraq öldürüblər.

***

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə açıqlamada qeyd olunub ki, faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Famil Mahmudov, Zeydulla İsmayılov və Mehmet Ali Kurtoğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO