sonnoqte.az
Xəbər başlıqları
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 09:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 

Kürdə batan yeniyetmənin meyiti tapıldı

14-04-2021, 13:13 193 dəfə baxılıb

Kürdə batan yeniyetmənin meyiti tapıldı


Aprelin 9-da Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Sabirabad rayonu Cəngan kəndi ərazisindən keçən hissəsində başlanan axtarış işləri yekunlaşıb.
FHN xəbər verir ki, axtarışda olan 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun meyiti bu gün səhər saatlarında FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, aprelin 9-da FHN-in “112” qaynar telefon xəttinə, Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun batması barədə məlumat daxil olmuşdu. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunmuşdu. Aparılan axtarış işləri nəticəsində dalğıc-axtarış qrupu tərəfindən 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının meyiti bu gün günorta saatlarında Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdi. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO