sonnoqte.az
Xəbər başlıqları
  • 10:54 – Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR 
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 09:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 

Lerikdə qadına təcavüz etmək istəyən molla saxlanılıb - YENİLƏNİB

3-05-2021, 10:10 204 dəfə baxılıb

Lerikdə qadına təcavüz etmək istəyən molla saxlanılıb - YENİLƏNİB


Aprelin 28-də saat 16.00 radələrində Lerik rayonunun Barzavu kənd sakini 1981-ci il təvəllüdlü Fərziyeva Zəkifə Feyruz qızının qətli ilə bağlı aparılan istintaq zamanı cinayətin mərhumun həmkəndlisi 1972-ci il təvəllüdlü Əskərov Murad Gülbaba oğlu tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
"Ölkə.Az" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında qeyd olunub.

Murad Əskərov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmiş, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf etmiş, hadisə yerində ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zamanı cinayətin törədilmə mexanizmini əyani olaraq göstərmişdir. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

Lerik rayonun Barzavu kəndində üç uşaq anasını qətlə yetirən şəxslə bağlı cinayət işi açılıb.

Bu barədə "Ölkə.Az"a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, aprelin 28-də saat 16:00 radələrində Lerik rayonunun Barzavu kənd sakini 1981-ci il təvəllüdlü Fərziyeva Zəkifə Feyruz qızının yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Lerik Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, qətlə yetirilən Z.Fərziyevanın üç övladından birinin Vətən müharibəsində iştirak etdiyinə dair məlumatlar həqiqəti əks etdirmir. Onun övladlarından heç biri Vətən müharibəsi zamanı heç bir əməliyyatda iştirak etməyib. Oğlanlarından biri E.Fərziyev 2020-ci ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılıb və hazırda Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissədə xidmətini davam etdirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO